İlk baxışda estetik olduğu bilinən burunlar, silikonlu olduğu bəlli olan dodaqlar, bir kökdən səkkiz telin çıxdığı əkim xətasına məruz qalmış saçlar... Bütün bunlar xətalı estetik əməliyyatın mənfi nəticələridir. Bəs gözəlləşmək uğruna çirkinləşməmək və sağlamlığımızdan olmamaq üçün nə etməliyik? Həkimlərin fikirincə, estetik cərrahiyyədə ilk əməliyyatlar ən asan və ən yaxşı nəticə verən olur.
Ümumiyyətlə, əməliyyat olunmuş bölgələrdə toxumalar pozulmuş olur. Buna görə də ikinci əməliyyat daha çətindir, istənilən nəticəni almaq da asan olmur. Belə xətaların yaranmasının səbəbi insanların təcrübəli, ixtisaslaşmış həkimlərə müraciət etməməsidir. Estetik əməliyyatlarda ən çox edilən 5 xəta belə izah olunur:
Burun əməliyyatı
Estetik ve plastik cərahhı Prof. Dr. Erol Kışlaoğlu burun əməliyyatlarında rast gəlinən ən böyük səhvin təbii olmayan, çox dik, üzə uyğun olmayan və baxanda əməliyyat olduğu açıq şəkildə bilinən burunlar olduğunu bildirdi. Bunun əhəmiyyətli bir səbəbinin də burun əməliyyatlarının bəzən plastik cərrah olmayan həkimlər tərəfindən edilməməsi olduğunu vurğulayıb. Bəzi həkimlərin hava yolunu açarkən burundan lazım olandan daha çox sümük və qığırdaq götürdüyünü və açıqda qalan sümükləri yaxınlaşdırmadan əməliyyatı sona çatdırdığını izah etdi. Əyri qisimləri düzəltmək əvəzinə çıxartdıqlarını söyləyən Kışlaoğlu bu səhvin zaman keçdikcə insan üçün böyük problemlər yarada biləcəyini də sözlərinə əlavə etdi.Erol Kışlaoğluna görə, burun əməliyyatlarında edilən digər bir səhv də nəfəs alma problemi olan kəslərin əvvəl nəfəs yolu açma - septoplasti, sonra da estetik əməliyyat yəni - rinoplasti etdirmələridir. Halbuki, septoplasti zamanı qığırdaq toxuması alınır, sonrakı əməliyyat üçün kafi toxuma qalmır. Bu iki əməliyyata ehtiyacı olduğunu düşünənlər ikisini də bir yerdə etməyi planlaşdırmalıdırlar. Burun əməliyyatlarıyla əlaqədar meydana gələ biləcək digər bir problem də açıq burun əməliyyatlarından sonra iki burun dəliyinin arasında, xüsusilə qarabuğdayı insanlarda iz qalmasıdır.
Əməliyyat səhvləri:
Təbii görünməyən, çox dik, üzə uyğun olmayan burunlar. Çox qığırdaq və sümük alındığı üçün çox pis bir görünüşə sahib burunlar olur ki, sonradan bunları düzəltmək üçün qabırğadan sümük, ya da qulaqdan qığırdaq alınması lazımdır. Səhv əməliyyatlar sonrası xəstə nəfəs almaqda çətinlik çəkir.
Liposaksiya.
Erol Kışlaoğlu liposaksiya əməliyyatlarında edilən ən böyük səhvin xəstəni arıqlatmaq məqsədiylə lazım olduğundan daha çox yağ çəkilməsi olduğunu ifadə edir. Kışlaoğluna görə, liposaksiya arıqlatma deyil, gözəl forma vermə əməliyyatıdır. Burada məqsəd bədənin piyli olma səbəbi ilə formasız olan bölgələrini daha formalı hala gətirməkdir. Çox yağ çəkilməsinin xəstənin sağlamlığı baxımından böyük risk daşıdığını ifadə edən Kışlaoğlu söylədi: "Liposaksiya əməliyyatının nəticəsində bəzi görüntü pozğunluqları və deformasiya meydana gələ bilər. Dərinin müəyyən kiçilə bilmə tutumu var və bu tutumdan artıq olduqda dəridə sallanmalar, çuxurlar meydana gəlir.
Liposaksiya səhvləri:
Liposaksiyada ən əhəmiyyətli risk səhv əməliyyat zamanı və ya əməliyyatdan sonra damarlarda laxtanın əmələ gələrək, ağciyərlərdə tromblaşmaya səbəb olmasıdır. Bu, elə bir səhvdir ki, adamı ölümə apara bilər.Yenə şüursuz bir cərrah əli ilə düz olmayan, kələ-kötür görünüşlər ortaya çıxa bilər.Qarın bölgəsinə edilən səhv liposaksiya əməliyyatları səbəbiylə sallanmalar meydana gəlir. Xüsusilə yaşlı xəstələrdə diz qapağının üzərindən yağ alma əməliyyatı doğru edilməzsə, buradakı dəri dizin üzərinə sallana bilir.
Döş əməliyyatı
Erol Kışlaoğluna görə, döş böyütmə əməliyyatlarında ən böyük problem xəstə ilə həkim arasında doğru bir ünsiyyətin olmaması və döşlərin ölçüsündə ortaq bir qərara gələ bilməmələridir. Bunun nəticəsində xəstə döşünün yeni ölçüsünə alışa bilmir, ya da əvvəl bəyənsə belə sonra daşıya bilmir. Döş böyütmə əməliyyatlarında da digər estetik əməliyyatlarda olduğu kimi, ən böyük problem təbii olmayan nəticədir. Çox böyük protezlər təbii nəticə vermir, bəzən mənfi təsirə də səbəb ola bilir.
Əməliyyat səhvləri:
Təbii olmayan, uzaqdan baxanda sərt, iki kürə kimi dayanan döşlər;
İki döş arasında bərabərsizlik, asimmetrik görünüş;
Protezlərin xəstəni narahat edəcək qədər böyük olması;
Çətinliklə qoyulan protezlərin mənfi təsirinin olması. Məsələn; nadir rast gəlinsə də, kapsula kontrakturu (döş protezləri ətrafında yarana bilən sərt və fibroz toxuma) olaraq adlandırılan vəziyyətdə protezin ətrafında bədən sərt bir zireh meydana gətirə bilir.
Dodağı dolğunlaşdırma
Burun kimi dodaq da üzün ən diqqət çəkən bölgəsi olduğundan ediləcək ən kiçik bir səhv dərhal gözə çarpır. Erol Kışlaoğlu dodaq dolğunlaşdırmaq məqsədilə şəxsin öz toxumasından istifadə edilə biləcəyi və ya hyalüronik turşu (qırışları müalicə etməyə kömək edən doldurucu vasitə) kimi təbii maddələrin də seçilə biləcəyini ifadə etdi.
Dodaq dolğunlaşdırma səhvləri:
Çox süni və şiş görünüşlər;
Bədənlə uyğun olmayan plomb maddələrinin yaratdığı, həm görünüş, həm də sağlamlıq baxımından problem yaradan mənfi təsir.
Saç əkmə
Saç əkmə sadə görünsə də, həm xəstə, həm də həkim üçün son dərəcə əhəmiyyətli və diqqət tələb edən bir əməliyyatdır. Mikro implantasiya üsulunda hər bir saç kökü tək-tək alınaraq əkilir. Bu əməliyyatda səbir göstərilməzsə, ya da təcrübəli əllər tərəfindən edilməzsə, bir çox problemlər yarana bilər. Saçlar alın və gicgahlardakı çökəklər nəzərə alınmadan əkildiyi zaman başın üst qismində toplanan saçlar çevrə şəklində qoyma saça bənzəyən görünüşün yaranmasına səbəb olur.
Saç əkmə əməliyyatında olan səhvlər:
Təbii olmayan bir görünüş ortaya çıxa bilir.
Saç köklərinin tək-tək deyil, bir yerdə əkilməsi səbəbilə bir kökdən çıxan onlarla teli göstərə bilərik.
XƏBƏR LENTİ
Hündürdaban ayaqqabılarla necə düzgün gedilir?
Azərbaycanda uşaq kinosu niyə yoxa çıxdı?
Vaqif Səmədoğludan xəbər var
Evlilik "qorxu"su, yaxud 30 yaş sindromu.
Yaponiya sahillərində güclü zəlzələ olub
İsveçrədən ermənilərə şok!
Meqanla bağlı daha bir saray QALMAQALI-SƏBƏB
Falafel (foto resept)
Sən demə, bütün hərəkətləriniz telefonla izlənilir
Barak Obama sevdiyi serialdan və qızlarından danışdı
Saakaşvili azərbaycanlı məmura: "Mənim vaxtımda sənin kimilər həbsdə otururdu"
Riyazi məntiq
Yeni İphone 6
Braziliyada futbolçular hər oyundan əvvəl məcburi koronavirus testi verəcək
Moskvada metal anqar yanır - VİDEO
Azərbaycanda internet ticarəti üçün vergi vermək lazımdır?
Yaşlı qadınların gənc kişilərə marağı
Azərbaycan milli uşaq oyunları-5
ABŞ Türkiyəyə istintaqda dəstək olacaq
Ariana Beyonsun rekordunu qırdı
Sarımsaq qoxusunun əldən getməsi üçün..
Məşhur aktrisa və əri həbs edildi-SƏBƏB
İstehsal tarixindəki səhvlər
Köhnə şkaflarınızı yeniləyin
Əhaliyə xəbərdarlıq
Neftin qiyməti bahalaşdı
Solarium haqqında bilmədiyimiz həqiqətlər
Koronavirusla bağlı SON STATİSTİKA
Türkiyədə koronavirusdan ölənlərin sayı 92-yə çatdı
Divar şəkilləri
Miqrantlar üçün ən yaxşı ölkələr
Dünyanı gəzən kirpi Pokee
Ukrayna prezidendi oğluna qadağa qoydu-FOTO
Azərbaycanda üç sürüşmə sahəsi daha təhlükəlidir
Bürclərə görə göz makiyajı
Modern rəf modelləri
Yol Polisindən bu sürücülərə sərt XƏBƏRDARLIQ
Gəlinin ətəyini 250 uşaq daşıdı - FOTO
Közlənmiş qırmızı bibərli pərpərən salatı (foto resept)
Şirkətimiz reytinqdə birincidir
Qısqanc ərin acı intiqamı: illər sonrakı halı ŞOK ETDİ - FOTO
3D naxışlar
Hazarın makiyajsız FOTOsu TƏƏCCÜBLƏNDİRDİ
İnsanları ölümdən o qurtaracaq?
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən ölür? - SİYAHI
Minlərlə yeni iş yeri açılacaq
Qatilin polis əmisi oğlu da saxlanıldı?-RƏSMİ AÇIQLAMA
"İkinci çörək" də bahalaşdı?
Günün qoroskopu: Pozitiv gündür!
Arıqlayaraq onu ələ salanları təəccübləndirdi-FOTO
- ŞƏRHLƏR