Bədən spreyi necə istifadə olunur?
- Bədən spreyini duş aldıqdan sonra istifadə edin. Spreyi tərə qarşı istifadə etdiyiniz dezodrantdan sonra istifadə edin.
- Qoxunuzun uzun müddət davam etməsi üçün nəbz nöqtələrini yoxlayın. Bu nöqtələr biləklər, dirsəklər, boyun, sinə və qulaqların arxasıdır. Spreyi bu nöqtələrdən birinə çəkin.
- Həfətənin günlərinə görə fərqli qoxulardan istifadə edin. Spreyi üzünüzə toxundurmayın, yoxsa sprey üz dərisinin qurumasına səbəb olacaq.
Bədən spreyi necə hazırlanır?
- 1 sprey şüşəsi
- istəyə görə bunlardan biri; zambaq yağı, yasəmən yağı, bönəvşə yağı
- Gül suyu və ya su
Hazırlanması:
Sprey şüşəsinin içinə bir miqdar gül suyu əlavə edin. Sonra istəyə görə seçdiyiniz yağdan 10-15 damla şüşənin içinə damladın və şüşəni yaxşıca çalxalayın. Ev üsulu bədən spreyi hazırdır. Duşdan sonra dərinizə vazelin çəkdikdən sonra bu spreyi istifadə edərək qoxusu daha qalıcı olacaqdır.