Qadin.NET / Kürəkdəki sızanaqlardan necə xilas olmalı?

Kürəkdəki sızanaqlardan necə xilas olmalı?

 

Kürəkdəki sızanaqlardan necə xilas olmalı?

Kürəkdəki sızanaqları necə aradan qaldırmalı?

Kürəkdəki sızanaqlar üçün ilk əvvəl mütəxəssisə müraciət etməlisiniz. Ancaq aşağıdakı üsulları da yoxlaya bilərsiniz.

 

Alma sirkəsi

1 stəkan suya, 1 yemək qaşığı sirkə qatın. Bunu kürəyinizdəki sızanaqlara masaj edərək çəkin. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə durulayın. Təmiz bintlə quruduqdan sonra nəmləndirici çəkin. Sızanaqlar keçənə qədər gündə 2 və ya 3 dəfə edin. 

 

Kürəkdəki sızanaqlardan necə xilas olmalı?

Zərdəçal

1-2 çay qaşığı zərdəçal tozuna biraz susam yağı qarıştırıb məcun hazırlayın və bu qarışımı sızanaqlarınıza çəkin. 1 saat gözləyin və durulayın. Bunu gündə 1 və ya 2 dəfə edə bilərsiniz.

Kürəkdəki sızanaqlardan necə xilas olmalı?

 Limon

Bir dilim təzə limonu, kürəkdə sızanaqların olduğu bölgəyə çəkin. Soyuq su ilə durulamadan əvvəl 10 dəqiqə gözləyin. Bunu gündə 1-2 dəfə tətbiq edin. Əgər dəriniz həssasdırsa, limonu dərinizə çəkmədən əvvəl eyni miqdar gül suyu ilə qarışdırıb, 1 pambıq köməyi ilə kürəkdəki sızanaqlara çəkin. 20-25 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun. Bunu gündə 2 dəfə təkrar edin.

 


9 yanvar 2019
GO BACK