Kökəlib arıqlamaqdan yaranan dəri çatlarından xilas olmaq üçün təbii qarışımdan istifadə edin.
Lazım olan ərzaqlar
1 yemək qaşığı badam yağı
1 yemək qaşığı ərik yağı
2 yemək qaşığı limon suyu
2 yemək qaşığı toz şəkər
Hazırlanması:
Bütün ərzaqları dərin kasanın içində homogen hala düşənə qədər qarışdırın. Daha sonra vanna qəbul etmədən 30 dəqiqə əvvəl çatlayan bölgələrə masaj edin. 10 dəqiqə gözlədikdən sonra durulaya bilərsiniz.
Ayda 3 dəfə davamlı formada tətbiq etsəniz, çatların qısa müddətə yox olduğunu görəcəksiniz.