Dodaqları nəmləndirir
Kiçik parça kakao yağını götürün və dodaqlarınıza çəkin. Möhtəşəm qoxusu ilə sizi cəzb edərkən, nəmləndirmə xüsusiyyəti ilə dodaqlarınıza baxım edəcəkdir.
Quru və çatlamış dəri üçün faydalıdır
Bir parça kakao yağını qurumuş və çatlamış bölgələrinizə çəkə bilərsiniz. Xüsusilə, hamiləlik dövründə alınan çəkiləri atarkən yaranan çatlaqlar üçün istifadə edilir.
Xüsusilə, həssas və quru dəriyə sahib insanlar üçün ideal nəmləndiricidir.
Saçları qidalandırır
Saçlarının sağlam parlaqlığa qovuşması, nəmlənməsi və yumşaq olması üçün kakao yağını mütləq yoxlamalısınız. Benmari üsulu əridilən kakao yağının içinə susam, badam, lavanda yağı əlavə edərək saç baxımı etsəniz, saçlarınız daha sürətli uzanar, quru saçlarınız nəmlənər və saçlarınız güclənər.