Yaşlanmanın qarşısını alan kremlərdən istifadə edin
Sadəcə nəmləndirici kremlərdən yox, eyni zamanda dərinizi gəncləşdirən kremlərdən istifadə edin.
Əlçəkdən istifadə edin
İsti su və təmizlik məhsulları dərinizi qurudur və çatlamasına səbəb olur. Qab yumaq və digər ev işləri görərkən plastik əlçəklərdən istifadə edin. Əlçək taxmadan əvvəl nəmləndirici kremdən istifadə edin.
Dırnaq boyası
Dırnaq boyasından istifadə edirsinizsə, dırnaqlarınızı qüvvətləndirməq üçün xüsusi dırnaq məhsullarından istifadə etməyi unutmayın.
Günəş kremi istifadə edin
Günəş kremini əllərinizə də çəkin. Günəşin zərərli şüalarından əllərinizi də qorumağı unutmayın.