Hava şərtləri, su ilə təmas ya da gün ərzində etdiyimiz işlərin nəticəsində əllərimiz quruyur, hətta çartlayır. Bu çatlamaları kimyəvi məhsullardan istifadə etmədən yox edə bilərsiniz.
Tərkibi:
2 ç/q ilıq su
yarım limon suyu
2 ç/q duz
2 ç/q badam yağı
Hazırlanması:
Bütün tərkibi bir kasada qarışdırın.
Ardından əllərinizə 10 dəqiqə masaj edərək çəkin.
Sonra 2 saat əllərinizdə saxlayın
Son olaraq ilıq su ilə əllərinizi yuyun.
Qeyd: Bu maskanı 2 gündə bir dəfə istifadə edə bilərsiniz.