Yağlı dərilərə görə daha az sızanaq və qara nöqtə problemi yaşayan quru dərilər, lazımlı olan nəmi taraz saxlamaq üçün xüsusi baxıma ehtiyac duyur. Quru dəriyə sahib olanların dərilərini kremin yanı sıra nəm maskaları ilə dəstəkləməsi lazımdır. Ancaq həssas dəri təməlinə sahib insanlar hazır satılan hər məhsulu istifadə etməz. Bu həssas dərilərə sahib insanların təbii məhsulara istiqamətlənməsi lazımdı. Bunun üçündə evdə hazırlaya biləcəyiniz təbii nəmləndirici maskanı sizlərə təqdim edirik:
Tərkibi:
3 ç/q kakao yağı
2 ç/q hind qozu yağı
2 ç/q təmiz zeytun yağı
3-4 damla gül yağı
Hazırlanması:
Bütün yağları tavaya əlavə edib əriyənə kimi isidin. Əridikdən sonra kiçik bir bankaya qoyub çalxalayın. Yağlar soyuyandan sonra krem kimi istifadə edə bilərsiniz. Bu maskanı bütün bədənə çəkə bilərsiniz.