Yaz-qış demədən dəriniz pul-pul tökülür, istifadə etdiyiniz heç bir krem təsir etmirsə, dəri qurululuğunuz üçün bie şeylər etməyinizin zamanı gəldi deməkdir. İnsan bədəni mükəmməl bir mexanikadır və bir göz ardı etsək də bəzən yardıma ehtiyac olduğunun işarətlərini verir. Dəri quruluğu da bu işarətlərdən biridir.
Niyə quruyur?
Dəri quruluğu, məşhur olaraq E vitamini çatışmazlığından və bədənin susuz qalmasından yaranır. E vitamini, toxumaların pozulmasının qarşısını almağa kömək edir. Bu səbəblə əgər quru bir dəriyə sahibsinizsə, qidalanma vərdişlərinizə E vitamini tərkibli qidaları əlavə etməyiniz lazımdır.
Təbii E vitamini mənbələri
E vitamini ehtiyacını qarşılamaq üçün, süfrənizə daha çoz tərəvəz, yağ və balıq əlavə etməyiniz lazımdır. E vitamini bir çox bitki mənşəli qidadan, təbii yağlardan və quru yemişlərdən bədənin ehtiyac duyğduğu miqdarda almağınız mümkündür.
E vitamini baxımından zəngin olan qidalar:
- Balıq
- Göbələk
- Fındıq
- İspanaq
- Brokoli
- Manqo
- Quru ərik
- Lobya, qarğıdalı, günəbaxan yağı