Avokado yağında olan A, D, E vitaminləri omeqa3 və kalsium dərinin axtardığı təbii bir mənbədir. Avokado yağı quru, həssas və dolğun dəriləri qidalandırır. Avokado yağı dərini qidalanması ilə bərabər daha sağlam görünməsinə kömək edir.
1. Dəriyə avokado təsiri
Avokadonun tərkibindəki antioksidantlar, xüsusilə də, günəş yanıqlarını yaxşılaşdırır. Eyni şəkildə meydana gələn kiçik yanıqlarda avokadonu istifadə etmək təsirlidir. Avokadonu dəri baxımında maska ya da krem olaraq istifadə edə bilərsiniz.
2. Saçlara avokado təsiri
Lesitin və kalsium dəriyə olduğu qədər saçlara da təsir edir. Avokado yağı saç dərisindəki qaşınma və kəpək problemlərini aradan qaldırır. Avokado yağını saç köklərinizə masaj edərək çəkin. Bu uzun müddətdə saçları sağlam bir şəkildə uzadacaqdır. Avokado yağını bir çox şampun tərkibinə əlavə edərək ya da saç maskası olaraq istifadə edə bilərsiniz.