Balda olan vitaminlər və dəriyə faydaları
B1 vitamini: Dərinin ümumi görünüşünü dəyişdirir.
B2 vitamini: Dərini sərbəst radikallar adı verilən və oksidləşməyə səbəb olan moleykullardan qoruyur.
B3 vitamini: İltihabın qarşısını alır.
B6 vitamini: Dərini nəmləndirir və xarici faktorlara qarşı qoruyur.
C vitamini: Antioksidan vitaminidir və günəşin UV şüalarına qarşı dərini qoruyur.
Sink: Qocalmanın dəri üzərindəki təsirini azaldır.
Mütəxəssis Filiz Çekindən olduqca asan və xüsusi bal maskaları:
Yağlı dərilər üçün bal və kök maskası
Tərkibi:
1 böyük qanadılmış kök
1 yemək qaşığı bal
Hazırlanması və istifadəsi:
Kökü əzib bal ilə qarışdırın və soyuması üçün soyuducuda 10 dəqiqə saxlayın Sonra üzünüzə çəkib 15 dəqidə üzünüzdə saxlayın. Sonra ilıq su ilə yuyun.
Quru və pullanan dərilər üçün bal maskası
Tərkibi:
1 ədəd yumurta
1 yemək qaşığı bal
Hazırlanması və istifadəsi:
Yumurta ilə balı qarışdırın. Qarışımı üzünüzə çəkib 20 dəqiqə saxlayın. Yumurta quruyanda ilıq su ilə yuyun.
Həssas dərilər üçün bal maskası
Tərkibi:
Yarım banan
1 ədəd yumurta
1 yemək qaşığı bal
1 yemək qaşığı yulaf
Hazırlanması və istifadəsi:
Yulafı banan ilə birlikdə əzin. Sonra bal ilə yumurtanı da əlavə edin. Barmaq ucları ilə üzünüzə çəkin. 15 dəqiqə saxlayıb ilıq su ilə yuyun.
Sızanaqlara qarşı bal maskası
Tərkibi:
1 çay qaşığı yulaf
1 çay qaşığı portağal suyu
1 çay qaşığı bal
Hazırlanması və istifadəsi:
Məhsulların hamısını qarışdırıb üzünüzə masaj edərək şəkin. 15 dəqiqə saxlayıb su ilə yuyn.
Qırışıq və incə çizgilər üçün bal maskası
Tərkibi:
1 ədəd nar
1 yemək qaşığı bal
Hazırlanması və istifadəsi:
Narın dənələrini əzib balı əlavə edin və qarışdırın. Üzünüzə və boynunuza çəkin. 30 dəqiqə saxlayıb, yuyn. Bu maskanı həftədə 2 və ya 3 dəfə istifadə edə bilərsiniz.