Qadin.NET / Dərimiz niyə quruyur?

Dərimiz niyə quruyur?

Dərimiz niyə quruyur?

İstifadə etdiyimiz nəmləndiricilər bəzən təsir etməyərək, dərimiz pul-pul olaraq tökülməyə başlayır. Ümumilikdə havaların soyuq olması ilə bağlı olan dəri quruluğu, digər mövsümlərdə də ortaya çıxırsa, dərinizin qurumasına səbəb olan başqa səbəblər var.

İltihablanma

Nizamlı olaraq nəmləndirici istifadə edir, lakin dərinizin qurumasının qarşısını ala bilmirsiniz, səbəbi ilhitab ola bilər. Həddinnən artıq su və yağ itirilməsi səbəbi ilə quruyan dəridə, çatlar yaranır. Bu çatlar, alergiya yaradan maddələr dəri səthini pozaraq içəri keçir. Bu da dəri altında iltihablanmalara səbəb olaraq, dərinin daha da qurumasına səbəb olur.

Dərimiz niyə quruyur?

Dərinin iltihabının olub-olmadığı necə bilinir?

Dəridəki iltihab, özünü qızarıqlılıq, qaşıntı, pul-pul tökülmə və həssaslıq olaraq göstəririr. Bu cür dərilərdə nəmləndirici çox da təsirli olmur. Ən məşhur və təsirli müalicə üsulu tropikal krem və ya məlhəmdir.

Pəhriz

Həddindən artıq pəhriz dərinin nəm tarazlığını pozur. Pəhrizlərdə, xüsusilə, sink və C vitamini çatışmazlığı dərinin qurumasına səbəb olur. Nizamlı qidalanma və lazım olduğu dəqər maye qəbulu ilə quruluğun qarşısını ala bilərsiniz.

Dərimiz niyə quruyur?

Tibbi vəziyyətlər

Dəri quruluğunun altında yatan tibbi bir səbəb də ola bilər. Şəkər və trioid xəstəlikləri səbəb ilə istifadə edilən dərmanlar da dərini qurudur. Əgər xroniki bir dəri quruluğu yaşayırsanız, tibbi bir vəziyyət olub-olmadığını öyrənmək üçün həkimə müraciət edin.

Daxili məkan istiliyi

Bağlı məkanlarda, həddinnən artıq istiyə məruz qalmaq da dərini qurudur. Xüsusilə, qış aylarında, evlərin içərisində hava və nəm çox az olduğundan, bədən dərisi çox tez quruyur. Bu problemin qarşısını almaq üçün ev tipi hava nəmləndiricilərindən istifadə etməkdə fayda var.

Dərimiz niyə quruyur?

Pis vərdişlər

Siqaret və spirtli içki, dəri sağlamlığını da pozur. Siqaret istafadəsi, dəridə oksigen verilməsini azaldaraq, zərərə səbəb olur. Qidaların dəriyə olan qatqısını azaldır, rəngsiz və quru bir dəriyə səbəb olur. Spirtdə dəridə su azalmasına səbəb olur. Bu da A və C vitaminlərinin itirilməsinə və təbii olaraq bədən elastikliyini itirməsi ilə qurumasına yol açır.

Səyahət

Çoz sıx səyahət etmək də dərinin qurumasına səbəb olur. Xüsusilə, təyyarə içərisində hava nəmdən yoxsul olduğu üçün qurumalar artır. Bol miqdarda su içib, nəmləndirici istifadə edərək bu problemdən xilas ola bilərsiniz.

28 fevral 2018
GO BACK