Qadin.NET / Gözəl ayaqların sirri

Gözəl ayaqların sirri

Gözəl ayaqların sirri

Hər qadın, bədəninin sinələrdən sonra ən çox diqqəti cəlb edən hissəsi olan ayaqlarının da qüsursuz görünməsini istər. Budur mütəxəssislərin, möcüzə ayaqlara sahib olmaq üçün tövsiyyə etdiyi məşqlər.

Aşağıdakı məşqləri sırayla və ifadə edilən müddətlər ilə tətbiq edin. Gündə 20 dəqiqənizi ayıraraq daha güclü və qüsursuz görünən ayaqlara sahib ola bilərsiniz. Beləliklə buyurun;

Gəzərkən topuqlarınıza basmaq yerinə barmaq uclarınıza basmağı adət edin, topuqlarınızı yerə dəydirmədən getməyə çalışın. Bu, gövdənizin bir az önə əyilməsinə və bütün qıçınızın, xüsusilə də uyluk sümüyünün ön qisiminin işini təmin edər. Bu şəkildə 5 dəqiqə gedin.

Sağ ayağınızla irəli doğru böyük bir addım atın. Sağ dizinizin doğru bir bucaqla bükülməsi lazımdır. Daha sonra sol qıçınızla da böyük bir addım atın. Yenə bədəniniz irəliyə hücum edər mövqesində olsun. Yenə barmaq uclarınızla qaçışın; amma irəli doğru hər addımınızda dizlərinizi mümkün olduğu qədər yuxarı çəkməyə çalışın. Topuqlarınızı yerə dəydirməyin. Beləcə baldırlarınızı ciddi şəkildə işlətmiş olarsınız. 30 saniyə hərəkət edin, 30 saniyə istirahət edərək beş dəfə bu hərəkəti təkrarlayın.

Barmaq uclarınızda qaçmağa davam edin, ancaq bu dəfə hər addımınızda topuqlarınızı ombanıza dəydirməyə çalışın. Baldırlarınızın arxa qisimini işlədən bu hərəkəti 30 saniyə ara verməklə,2-3 dəqiqə müddətində 5 dəfə təkrarlayın.

19 iyun 2011
GO BACK