Qadin.NET / Baxımlı ayaqlara sahib olmaq üçün...

Baxımlı ayaqlara sahib olmaq üçün...

 

Bədəninizin incə, dırnaqlarınızın manikürlü, saçlarınızın səliqəli, ya dərinizin bronz olması tam mənada mükəmməl görünməniz üçün kifayət deyil. Həqiqətən də baxımlı bir qadının diz, dirsək və topuq bölgələrinə laqeyd yanaşmaması lazımdır.

Diz, dirsək və daban bədənin ən çox sürtünməyə məruz qalan bölgələridir. Buna görə də qısa zamanda sərtləşərək quruyur və tünd rəngdə olur. Sadəcə 3 addımla bu problemdən xilas olub, ipək kimi bir dəri, yumşaq diz, dirsək və çatsız dabanlara qovuşa biləcəksiz. 

Baxımlı ayaqlara sahib olmaq üçün...

Ovun
Diz, dirsək və topuq bölgənizi ovcunuza tökdüyünüz təmizləyici məhsul ilə təmizləyin. Məhsulu sürtüb parçayla ovalayın.

Soyun

Ayaqyalın gəzmək ayaqlarda çatlar əmələ gətirir. Bunun üçün çimərkən topuğunuzu ponza daşı ilə yaxşıca ovalayın ki, soyulsun. Diz və dirsəklərinizdə yaranmış sərt təbəqə üçün isə badam yağı və 1 çay qaşığı limon suyu qarışımını parçaya tökün, parçanı həmin bölgəyə bağlayın, 20 dəqiqə gözləyin. Həm rənginin açıldığını görəcəksiz, həm də qüsursuz olacaq. 

Baxımlı ayaqlara sahib olmaq üçün...

Nəmləndirin
Hər dəfə çiməndən sonra bal və badam yağı qarışımını diz, dirsək və dabanlarınıza sürtün. 

17 avqust 2016
GO BACK