Qadin.NET / Gözəl əllərə necə sahib olaq?

Gözəl əllərə necə sahib olaq?

Gözəl əllərə necə sahib olaq?

Əllərimiz bir çox proseslərə məruz qalır. Kimi baxçada torpaqla iş görür, kimi kimyəvi maddələrdən hazırlanmş şampunlarla qab yuyur və s. Bütün bu proseslər əllərimizi zədələyir. Əllərə qulluq nəinki gigiyenik cəhətdən, həm də estetik cəhətdən çox vacibdir. Əllərimiz üzdə qırışlara, dəriyə qulluq qədər önəmlidir. Qadının əlləri sahibəsi haqda çox şeydeyir. Elə ona görə də əllərimizə də xüsusi qayğı göstərməliyik. Əllərimiz yaşımızı ələ verəcək ən əsas amillərdən hesab olunur. Bəs onda əllərimizin gözəl, yumşaq və cazibədar olması üçün nə etməliyik?

Yaş keçdikcə əllərimiz quru və zədələnmiş dəriyə malik olur. Bunun qarşısını almaq öz əlimizdədir.

1. Baxçada işləyərkən mütləq əllərinizə əlcək geyinin.

2. Qabları yuyarkən əlcəkdən istifadə edin.

3. Əllərinizi nə soyuq nə də isti su ilə yumayın. çalışın su otaq temperaturunda olsun.

4. Əllərinizi tərkibində yumşaldıcı krem və ya balzam olan maye sabunlarla yuyun.

Gözəl əllərə necə sahib olaq?

5. Əllərinizi yuduqdan sonra mütləq nəmləndirici krem çəkin.

6. Duş qəbul edərkən əlləriniz yumşalır. Bundan sonra dırnaq kənarlarını asanlıqla təmizləyə bilərsiniz. Və üz dərinizi pilinq etdiyiniz skrablardan istifadə edib əllərinizi də pillinq edə bilərsiniz.

7. Əllərin gözəl görünməsi üçün dırnaqlarınız hər zaman səliqəli və təmiz olmalıdır. Bunun üçün heç də gözəllik salonlarında manikürə ehtiyac yoxdur.

Gözəl əllərə necə sahib olaq?

8. Əllərinizi hər gün ən azından 15 dəqiqə masaj edin. Bu qan dövranını yaxşılaşdıracaq, əllərinizin dəri rənginə təsir edəcək, gərginliyi yox edəcək.

9. Əgər əllərinizdə quruluq problemi varsa 1 litr suya 1 çay qaşığı badam yağ və 1 çay qaşığı limon suyu əlavə edin. əllərinizi 15-20 dəqiqə bu qarışımda saxlayın. Sonra çıxarıb salfetlə qurulayib vazelin çəkin və salafan keçirin. 15-20 dəqiqə də saxlayıb salafanı çıxarın. 

10. 1 yemək qaşığı zeytun yağı və 1 yemək qaşığı şəkər götürün. Şəkəri ovcunuzun içinə alıb, zeytun yağını yavaş-yavaş üzərinə tökün. O biri əlinizlə qarışdırıb barmaq, barmaq aralarını bununla masaj edin. 5 dəqiqə masajdan sonra əllərinizi ilıq suyla yuyun.

Gözəl əllərə necə sahib olaq?

11. Əllərinizin dərisinə uyğun gələn dırnaq boyasından istifadə etməyə çalışın. Çünki yalnış seçilmiş dırnaq boyası əllərinizə heç də xoş olmayan bir görünüş verə bilər.

11 may 2016
GO BACK