Qadin.NET / Dəri quruluğu və dəriyə qulluq(2)

Dəri quruluğu və dəriyə qulluq(2)

Dəri quruluğu və dəriyə qulluq(2)
Hava, mövsüm, günəş, sauna, hamam, kisə və vücud peelingi dəriyə necə təsir edir?
Quru dəri, stratum korneum təbəqəsinin rütubət tərkibinin azalmasıdır. İstiyə və soyuğa məruz qalan cilddə transepidermal su itkisi artır və bu artım dərinin qurumasına səbəb olur. Həmçinin qış mövsümü də dəri quruluğuna səbəb olur. Mövsümi olaraq quru deyildikdə, “qış qaşınması” kimi də tanınan soyuğa bağlı kserosis ağla gəlir. Qış aylarında aşağı rütubətə bağlı olaraq inkişaf edən bu vəziyyətdən qorunmaq üçün mütləq qoruyucu geyimlər geymək, nəmləndiricilərdən istifadə edilməlidir. Günəş,istilik, həm də şüa təsiri ilə dərinin nəm itirməsinə səbəb olur.
Kosmetik baxımdan kobud və quru dəri görüntüsünə məhkum olmamaq üçün yay və qış ayları boyunca günəş qoruyucu məhsullardan istifadə etmək lazımdır. Günəş qoruyucular dərinin ziyan almasına və dərinin qurumasına mane olur. Su ilə tez-tez təmasda olmaq dərinin nəm itkisinə səbəb olduğundan, insanların çox tez-tez kisə və peeling tətbiq etmələri də təhlükəlidir. Kisə və peeling zamanı dəridə yaranan sürtünməyə bağlı iritasiya, quruluğun şiddətini daha da artırır.
Quruluğun qarşısını almaq üçün nələr edilməlidir?
Soyuqda əlcək geyinin:Xüsusilə payız və qış aylarında aşağı rütubət miqdarına bağlı olaraq daha tez-tez dəri quruluğu inkişaf edir. Soyuq havalarda açıq qalan bölgələri, xüsusən əllərimizi əlcəklə qorumaq lazımdır.
Qısda duş qbul edin: Tez tez duş qəbul etmək vücud gigiyenası üçün lazımlı olsa da; Çox vaxt alan, duş köpükləri ilə edilən və çox isti suyla qəbul edilən duşlar dəri quruluğunu artırır. Bu səbəblə vanna və duş müddəti qısa tutulmalı, duşdan çıxdıqdan sonra mütləq dəri tipinə uyğun nəmləndiricilərdən istifadə etmək lazımdır.
Yağlı sabundan isrifadə edin: Sabunlar dərini qurutduğuna görə pH-ı 5.5 sabunsuz təmizləyicilər və ya yağ və qliserin səviyyəsi yüksək olan sabunlar istifadə edilməlidir.
Dəri quruluğu və dəriyə qulluq(2)

Kimyavə maddələrdən qorunun: Tez tez yuyucu tozlar, aseton və kimyəvi maddələrlə təmasdan çəkinmək lazımdır.
Çox dar geyinməyin: Çox dar geyimlər sürtünməyə bağlı dəridə quruluq və iritasiyaya görə paltar şeçiminə diqqət edilməlidir.
Ofisi nəmləndirin: Xüsusilə ofis şəraitində işləyənlər, məişət kondisionerlərinin səbəb olduğu az rütubətə bağlı dəri qurusundan şikayət edirlər. Otağın rütubət nisbətinin aşağı olmamasına diqqət edilməlidir.
Dərinin qurumaması üçün qidalanmada nələrə diqqət edilməlidir?
Yay aylarında tərləməyə bağlı insanlarda yaranan susuzluq hissi, su içilməsi üçün insana xəbərdarlıq edir; Amma qış aylarında adətən su istehlakı azalır. Dəri quruluğunun qarşısını almaq üçün diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtə bol su içməkdir. Təkcə su deyil, bitki çayları ya da meyvə şirələrindən da lazımi maye tələbatı qarşılana bilər. Bundan başqa, sudan başqa digər yediyimiz qidalar də dəri quruluğuna təsir edir. Sürətlə formalaşan çəki itkisi, normal qidalanmama dəridə quruya səbəb olur.Xüsusilə bol meyvə və tərəvəz istehlakı dəri sağlamlığımız üçün lazımlıdır. Doymamış yağ turşuları (maye yağ) zəngin qidalanma da dəri quruluğunun qarşısını almaqda fayda verir. Ziyafətlərdə kifayət miqdarda maye yağ istehlak etməkdə fayda var.
Fuad Nəzərov
15 fevral 2016
GO BACK