Qadin.NET / Qüsurları necə gizlətməli?

Qüsurları necə gizlətməli?

Pəhriz bir çox xanımlara aclıq və əzabdan başqa bir şey vermir. Bəzi qadınlar isə belə pəhrizdən sonra həkimə müraciət etməli olurlar. Plastik əməliyyata əl atmadan, pəhriz tutmadan gözəl və qüsursuz görünmək istəyirsinizsə, geyimlərinizə diqqət edin. Həyatda heç kim qüsursuz deyil. Hətta jurnallarda gözəl və cazibədar göründüyünüz Hollivud ulduzları belə. Əsl məharət ondadır ki, eyibləri gizlədib, bədəninizin bütün gözəlliyini göstərəsiniz. 

Bədəninizin bütün xüsusiyyətlərinə yaxşı bələdsinizsə, o zaman qüsurları gizlədib, mükəmməl görünməyiniz yalnız sizin əlinizdədir. 

Modelyerlər də müxtəlif formalı və kəsimli geyimlərlə qadınlara özlərini gözəl və cazibədar hiss etmələri üçün şərait yaradırlar.

Qüsurları necə gizlətməli?

Boyun

Əgər boynunuz tez nəzə çarpan və və bir qədər qalındırsa, sadə kəsikli köynəklərə üstünlük verin. Hündür boğazlı köynək, uzun boyunbağı və cəlbedici sırğalar vasitəsilə siz diqqəti bədəninizin digər yerlərinə yönəldə bilərsiniz. Bununla boynunuzun qalın olma problemini həll etmiş olacaqsınız. Boynunuz qısadırsa, bu halda yaxası daha çox V və U şəklində olan löynəklərə müraciət edin. Burada da uzun boyunbağılar sizin köməyinizə gələ bilər. Onlar sizin boynunuzu vizual olaraq uzun göstərəcək. Diqqət, qayıq formasında kəsilmiş köynəkləri isə paltar dolabından uzaq edin. 

Qüsurları necə gizlətməli?

Çiyinlər

Çiyin nahiyəniz enlidirsə, yaxası daha çox aşağı enən pencəklərə üstünlük verməyiniz məsləhətdir. V kəsimli köynəklər burada da sizin köməyinizə çatacaq. Bu cür köynəklər ən az kimano qollar qədər çiyinlərinizin daha kiçik görsənməsinə imkan verəcək. Modelyerlər xamut yaxalı geyimlərdən uzaq olmanızı məsləhət görür. Əgər əksinə, çiyinləriniz kiçikdirsə, onda qolları valanlı köynəklər tam sizə görədir. Bədən ölçülərinizin pis görünməsini istəmisizsə, geniş, cəlbedici şalvar və dərin kəsimli dekolte paltarlardan uzaq olun. 

Sinə

Bədəninizin bu hissəsini kiçik hesab edirsiniz və bu sizdə kompleks yaradırsa, bunu dərd etməyə dəyməz. Düyməsi döş qəfəsinə qədər olan paltarlara üstünlük verin. İri kəmər, müxtəlif cür sadə şərflər və geyiminizin yaxasında hər hansı bir maraqlı maraqlı daş-qaşdan istifadə etsəniz, sinə hissəsizdə nəzərə çarpan dəyişikliyi özünüz görəcəksiniz. Eninə zolaqlı geyimlərə və qısa qol köynəklərə üstünlük verə bilərsiniz. Sinəni iri göstərməyin ən effektli üsuluisə korsetdən istifadə etməkdir. Cəsarətli xanımlar bundan məharətlə istifadə edirlər. Sinələrinin iri olduğun gizlətmək istəyən xanımlar isə zolaqlı və hər yeri bağlı geyimlərdən uzaq olsalar yaxşıdır. Ümumiyyətlə bu cür geyimləri geyim dolabınızdan kənar edin. Qulpu qısa çantalardan da imtina etmək zamanıdır. Vizual olaraq bu sinənizi olduğundan da daha iri göstərəcək. V kəsimli paltarlar isə sinəsi iri olan xanımların ən yaxın dostudur. Belə xanımlar paltarların qol formalarına da diqqət etməlidirlər. Çalışın qısa qol geyimlər geyinməyin.

Qüsurları necə gizlətməli?

Çanaq hissə

Çanaq hissəsi geniş olan xanımlar ipək, uçuşan ətəklər  və ya enli şalvarlardan daha çox istifadə etsinlər. İri kəmərlərdən isə nə qədər az istifadə etsəniz bir o qədər də yaxşıdır. Şalvarınızın ön hissəsinə ütü ilə salınmış zolaq və ya hissəsində qovuşaq (zamok) olmamalıdır. Belə şalvarlar çanaq hissənizi daha geniş göstərəcək. Zolaq və naxışları iri olan paltarlar da məsləhət görülmür. Modelyerlərdən kiçik bir sirr: çanaq hissəsində cibləri olan şalvarlardan uzaq duraraq, heç bir pəhriz etmədən incə görünə bilərsiniz. 

Çanaq hissəsi kiçik olan xanımlar isə valanlı və büzgülü ətəklərədn istifadə etsələr, istədiklərinə asan bir yolla nail olacaqlar. Arxa cibləri olan şalvarlar bu problemi aradan qaldırmağa sizə kömək edə bilər.

Yan, arxa hissə

Cəlbedici arxa hissəyə sahib olan xanımlar, enli və diqqət çəkən ətəklərdən , bədənə tam oturan , lakin dar olmayan şalvarlardan istifadə etsinlər. Çalışın ki, arxadan düz, bədənə yapışmayan şalvarlar  geyinəsiniz. Əgər, əksinə arxa hissəniz yastıdırsa, büzgülü ətəklərə müraciət edin. Şalvarlarla birgə jaketdən istifadə etməyi sevirsinizsə, onu şalvarın bel hissəsindən bağlasanız lazım olan effekti əldə edə bilərsiniz.

Ayaqlar

Qısa ayaqlı xanımların dolabında hündür daban ayaqqabı əvəzolunmazdır. Hündür belli, ddar və uzun şalvarlar  da ayaqlarınızı uzun göstərəcək. Onu da bilin ki, şalvar, corab və ayaqqabı eyni rəngdə olursa , bu ən azı sizin boynunuzu bir nece santimetr daha hündür göstərər. Ətəkləri qatlanmış şalvarlar isə əksinə, boyunuz olduğundan daha qısa görsənəcək. Əgər özünüzü çox iri hesab edirsinizsə, kəmərli uzun üst geyimlərdən istifadə edin. Kiçik qadınlar isə dizdən uzun olmayan üst geyimlərdən istifadə etməlidirlər.

13 fevral 2016
GO BACK