Qadin.NET / Dişə qulluqla bağlı 15 səhv və doğru

Dişə qulluqla bağlı 15 səhv və doğru

Dişə qulluqla bağlı 15 səhv və doğru

1. Dişləri fırçanı dişə sıxaraq fırçalamaq lazımdır.

Xeyr. Dişlərinizə və diş ətlərinizə nə qədər az təzyiq göstərsəniz, dişləriniz o qədər sağlam qalacaqdır.

2. Dişləri karbonatla fırçalamaq onları ağardır.

Səhvdir. Diş minanızı zədələyərək onları geri dönüşü olmayan bir hala salarsınız.

3. Diş məcununun çox istifadəsi dişləri cızar.

Səhvdir. Diş cızılmasının diş məcunu ilə əlaqəsi yoxdur.

4. Dişinizi fırçalmadan qabaq diş məcununu və fırçanı islatmalısınız.

Səhvdir. Diş fırçası fırçalamağa başlamazdan əvvəl isladılmamalıdır. Çünki fırça isladılınca sərtliyini itirər. Məcunun köpüklənməsi üçün ağızda lazım olduğu qədər maye vardır.

5. Dişlər səhər yeməyindən əvvəl yuyulamalıdır.

Səhvdir. Dişlər gündə ən az iki dəfə, səhər yeməyi yeyildikdən sonra və yatmazdan əvvəl yuyulmalıdır.

6. Diş ağartmaq zamanla dişləri daha da sarardır.

Səhvdir. Ağartmanın sonrası həkimin sizə bildirdiyi şeyləri tətbiq etməniz və qəhvə, siqaret kimi faktorlardan uzaq durduğunuz halda belə hal baş verməyəcəkdir.

7. Diş daşları təmizləndikdən sonra daha çox diş daşları əmələ gəlir.

Xeyr, bu belə deyil. Diş daşlarının təmizlənməsinin heç bir ziyanı yoxdur. Dişlərinizi nizamlı olaraq fırçaladıqda diş daşlarının əmələ gəlməsinin qarşısını alarsınız.

8. Ağız qoxusu hər kəsdə var və getməz.

Xeyr. Nizamlı olaraq diş fırçalamayan və qulluq etməyən insanlarda daha çox görülür və müəyyən bir xəstəliyi (çürük diş, diş əti xəstəliyi, həzm sistemi ilə əlaqəli xəstəliklər) olan insanlarda rast gəlinir. Diş ipi istifadəsi, qarqara və nizamlı fırçalama ilə azalır ya da minimuma düşər.

Dişə qulluqla bağlı 15 səhv və doğru

9. Ağrıyan dişinizə içki, tütün kimi şeylər basmaqla ağrı kəsilər.

Səhvdir. Sadəcə keçici bir keylik hissi verərək ağrını maskalayar, daha da pisi ağzınızda içki ilə bağlı səpkilər yaranmasına səbəb olar.

10. Diş fırçalarkən diş qanaması normaldır.

Səhvdir. Diş fırçalarkən görülən diş əti qanamaları diş əti iltihabının əlamətləridir.

11. Diş teli sadəcə uşaqlarda işə yarayar, böyüklərdə istifadə edilməz.

Səhvdir. Diş teli ilə müalicə hər yaşda yaxşı nəticə verəcəkdir.

12. Hamiləlikdə diş müalicəsi körpəyə ziyandır.

Xeyr. Vacib olan diş müalicəsi hamiləliyin hər dövründə edilə bilər.

13. Süd dişlərinə blomp qoyulmaz.

Xeyr. Süd dişləri daimi dişlərə rəhbərlik edər, zamanından əvvəl dişlər çəkilməz. Amma süd dişləri düşəcək olsa da, ehtiyac olduğu təqdirdə blomplatmaq olar.

Dişə qulluqla bağlı 15 səhv və doğru

14. Sərt diş fırçaları daha yaxşı təmizləyər.

Xeyr. Dişlərin yaxşı təmizləməyin fırçalarla deyil diş fırçalama üsulu ilə əlaqəsi vardır.

15. Hamiləlik zamanı dişdən kalsium getdiyi üçün diş ətləri qanayar.

Səhvdir. Hamiləlik dövründəki diş əti qanaması kalsiumun dişdən sorulması ilə yaranmır. Qanamağa səbəb olacaq faktorlar ağız və diş qulluğunun lazımi səviyyədə olmaması, hamiləlikdəki hormonal dəyişiklik ya da diş əti iltihabının yaranmasıdır.

13 yanvar 2016
GO BACK