Xüsusilə yayda isti ilə təmasa görə dirsək və dizlər quruyub qaralır. Ən çox da dizlərdəki xoş görünməyən ləkə gözəlliyimizə kölgə salır. Bunun üçün əvvəl duş qəbul edərkən və ya qurulanmadan qabaq bu bölgəni kisəylə ovun və bunlarla yanaşı tövsiyə edəcəyim təbii maskalar edə bilərsiniz.
Bir x.q limon suyu, bir x.q qliserin, dörd x.q süd və bir ədəd E vitaminini əlavə edib qarışdırın. Qarışığı diz və dirsəklərinizə masaj edərək yeridin və 10-15 dəqiqə saxlayıb sonra yuyun.
Bir qapaq limon suyu, bir qapaq portağal suyu, bir qapaq portağal yağı, bir qapaq qreypfrut yağı, bir qapaq limon yağı, bir qapaq Hindistan qozu yağı, bir x.q uşaq pudrası və bir ədəd E vitaminini qarışdırın və qaralan bölgəyə masajla yeridin.
Dirsəklərinizi və dizlərinizi limonla masaj edin, beləliklə də limonun turşusu bölgədəki dərini təmizləyir.
Yaş arpayla noxud ununu qarışdırın və bölgəni ölü dəridən təmizləmək üçün qarışıqla ovun.
Kakos yağı qaralan diz və dirsəkləri ağartmaqda olduqca təsirlidir.
Pomidor suyu ilə qaralan bölgələri masaj edin.
Quru və çatlaq dirsəkləri kakos yağı ilə ovxalayaraq yumşalda bilərsiniz.