Depilyasiya, epilyasiya və tükləri kəsmək kimi üsullarla qoltuq altı və bikini nahiyəsinin təmizliyini etsəniz də, geridə qalan qara ləkələr qanınızı qaralda bilər. Bu qaralmalar bığ bölgəsi ətrafında belə meydana gələ bilər.
Qoltuq altı niyə qaralır?
Bunun ən əhəmiyyətli səbəbi qoltuq altlarının havasız qalmasıdır. Digər səbəbləri isə həddindən artıq isti depilyasiya edilməsi, tüklərin dibindən kəsilməsi və dəriyə zərər verən deodorantlar istifadə edilməsidir.
Qaralmalar necə keçir?
Bunun üçün bitki mənşəli maskalar etmək olar.
1-ci maska
1 ç.q düyü unu
1 x.q qatıq
1 ç.q sirkə
Hazırlanması və istifadəsi:
Bütün vəsaiti bir kasanın içində yaxşıca qarışdırın, daha sonra qarışığı qoltuq altlarına çəkin və 15 dəqiqə müddətində gözləyin. 15 dəqiqə sonra maskanı ovaraq çıxarın və yüngül isti su ilə yaxalayın. Daha sonra limon suyu ilə təmizləyin. Daha tez təsir etməsini istəyirsinizsə, uşaq pudrasından da istifadə edə bilərsiniz.
2-ci maska
1 ç.q vazelin
1 ç.q alma suyu
1 ç.q limon suyu
Hazırlanması və itsifadəsi:
Lazım olanların hamısını qarışdırdıqdan sonra qoltuq altına sürtün və qurumasını gözləyin. Quruduqdan sonra yuyub uşaq pudrası vurun.