Qadin.NET / C vitamini ilə dəri maskası

C vitamini ilə dəri maskası

 

C vitamini ilə dəri maskası

 

C vitamini ilə dəri maskası necə hazırlanır?

Gənc dəri C vitamini ilə doludur və bununla qidalanır. Bundan əlavə C vitamini günəş ləkələrini və yanıqlarını təmiredici təsiri ilə də faydalıdır. E vitamini isə məsamələri dartır, antioksidant təsiri vardır və dərinin hamarlaşmasına imkan verir. Bu maska sayəsində kompleks bir baxım etmiş olacaqsınız və gəncləşəcəksiniz.

C vitaminli dəri maskası üçün:

1 çay qaşığı C vitamini mayeli kapsulası

1 çay qaşığı su

1 çay qaşığı qliserin

¼ çay qaşığı E vitamini mayeli kapsulası

Kiçik bir damcılatma şüşəsi 

C vitamini ilə dəri maskası

Hazırlanması:

Bütün bunları bir kasada qarışdırın. Damcılatmaq şüşəsinə qarışığı boşaldın. Gecə yatmazdan əvvəl dərinizi təmizlədikdən və tonuslaşdırıcı maska çəkdikdən sonra tətbiq edin. 15 dəqiqə sonra ilıq suyla durulayın. Nəmləndirici krem çəkməyi unutmayın. Həftədə iki dəfə istifadə etməyi unutmayın.

Hamar  dəri üçün qatıq maskası

 Bu maska, dəriniz üçün kompleks baxım təmin edəcək. Qatığın içindəki laktik turşu sızanaqlardan və qara nöqtələrdən xilas olmanızı təmin edəcək. Bu maska sayəsində ölü dərilərdən xilas olur, dərinizin yenilənməsini və parlaqlığını təmin edəcəksiniz. Dərinizin nəmli qalması, məsamələrin və dərinizin möhkəmləşməsi və hamar parlaq bir üzə sahib olmağı istəyirsinizsə çox faydalı bu maskaya nəzər salın. Bu maskanı həftədə iki dəfə tətbiqiniz kifayətdir. 

C vitamini ilə dəri maskası

Hamar dəri üçün qatıq maskası:

1 çay qaşığı mayonez

1 çay qaşığı qatıq

1 çay qaşığı aloe

¼  portağal

Hazırlanması:

Bütün bunları qarışdırın. Dərinizə incə təbəqə halında çəkin. Maskanı 20 dəqiqəyə qədər gözlədin. İlıq suyla durulayın.

22 may 2015
GO BACK