Qadin.NET / Yuyunarkən gözəlləşməyin 7 yolu

Yuyunarkən gözəlləşməyin 7 yolu

Yuyunarkən etdiyiniz səhvlərin fərqinə varın! Duşdaykən fərqində olmadan dərinizə verdiyiniz zərərin qarşısını alın.

Demək olar ki, hər gün duş alırıq və ən yaxşı şəkildə təmizlənməyə, dərimizi yeniləməyə çalışırıq. Mütəxəssislər yuyunmaqla əlaqədər bizlərə hansı tövsiyələr verir?

Buyurun, duşda keçirdiyimiz zamanı qısaldacaq, daha yumşaq saçlara və dəriyə sahib olmanıza kömək olacaq 7 mütəxəssis tövsiyəsi ilə tanış olun.

Yuyunarkən gözəlləşməyin 7 yolu

1. Duşda sabun istifadə etməmək çaşdırıcı ola bilər, amma, həqiqətən, təsirli bir tövsiyədir. Dermatoloq Marnie Nussbaum duşda sabun istifadə etməyin bir işə yaramadığını və dərinin təbii yağını təmizləyərək dərini qurutduğunu söyləyir. Hətta bəzi insanların duşdan sonra hiss etdiyiniz qaşıntı hissi də buna görədir.

Duşda dərinizi təmizləmək üçün üz və bədən yuma qellərindən istifadə edin. Yağ əsaslı bir duş qeli əvəzinə su tərkibli məhsulları istifadə edərək dərinizin pH 5.5 tarazlığını qoruya bilərsiniz.

Yuyunarkən gözəlləşməyin 7 yolu

2. Sabun qədər dərinizi qurudan bir digər şey duşda istifadə etdiyiniz isti sudur. Suyun dərəcəsini nə qədər artırsanız, dərinizə o qədər zərər verərsiniz. Duşda isti suyun altında zövq almaq yerinə ilıq suyla yuyunmağa diqqət edin.

Yuyunarkən gözəlləşməyin 7 yolu

3.Diqqət yetirməniz lazım olan bir başqa şey də yuyunmaq üçün istifadə etdiyimiz sabun bezləri və liflərdir. Duşdan sonra yaş buraxılan lif, bez və kisələr bakteriya yuvasına çevrilir və dərinizdə göbələk meydana gəlməsinə yol açar. Lif və bezlərinizi istifadə etdikdən sonra yaxşıca təmizləyib qurutmağa diqqət edin və üzünüzü əsla onlarla yumayın. Bu lifləri üzünüzdə istifadə etmək dərinizə böyük zərər verir və pH tarazlığını pozar. Üzünüzü yuyarkən əllərinizi istifadə edərək təmizləyə bilərsiniz.

Yuyunarkən gözəlləşməyin 7 yolu

4. Bir çox insan şampundan doğru şəkildə istifadə etmir. Şampunu saç uclarına tətbiq etmək əvəzinə saç dərinizə və diblərinə tətbiq etməyə diqqət göstərin. Başınızın tac bölgəsinə boyun kökünüzdən və qulaq yanlarınıza şampun yaymağa laqeyd yanaşmayın.

Yuyunarkən gözəlləşməyin 7 yolu

5. Duşda ülgücdən istifadənin duşun axırına saxlayın. Beləcə, məsamələriniz açılacaq, tükləriniz və kökləri yumşalacaqdır. Suyla təmizlənən və açılan dərinizi təmizlədikdə batıq olmadığını fərq edəcəksiniz.

Yuyunarkən gözəlləşməyin 7 yolu

6. Dermatoloq Dr.Nussbaum duşda uzun müddət qalmamağı tövsiyə edir. İdeal duş müddəti 10 və 15 dəqiqə arasında dəyişməlidir. Duşda daha uzun müddət qaldığınız zaman dərinizi təbii yağlarından ayırmış olursunuz. Bol köpüklu uzun duşlarınızı özünüzü əylənmək istədiyiniz tətil günlərinə saxlayın.

Yuyunarkən gözəlləşməyin 7 yolu

7. Duşdan çıxan kimi bir dəsmalla dərinizi qurulamaq yerinə dərinizə yüngülcə vuraraq bədəninizi qurulamağa çalışın. Dr.Schlessinger dəsmalla dərinizi ovalarkən əslində dərini incitdiyinizi söyləyir. Qurulandıqdan dərhal sonra dərinizdəki epidermal baryeri qorumaq və nəmi içəri həbs etmək üçün dərhal nəmləndirici losyon vurmalısınız.

20 may 2015
GO BACK