Qadin.NET / Dərinizə yaxşı təsir göstərərən qidalar

Dərinizə yaxşı təsir göstərərən qidalar

Üz baxımı, dərinizdəki hüceyrələri daha sağlam hala gətirməklə başlayır. Dəriniz lazımlı qidaları qəbul etməzsə sizə ən yaxşı üzünü göstərə bilməz. Makiyajla məşğul olmaqdan çox sağlam qidalara pəhrizinizdə yer verin.

Dərinizə yaxşı təsir göstərərən qidalar
Hamar, parıldayan bir dəri üçün dəniz məhsulları.
Ümumi sağlamlığımız üçün balığın faydalı olduğunu hər kəs bilir. İstridyə kimi yağlı balıqlar isə dəriniz üçün çox faydalıdır. Artırılmış omega-3 alışı iltihabı və quruluğun qabağın almaqda olduqca güclüdür. İltihablanma dərinin yaşlanmasını sürətləndirir. Həmdə görülən işlərdə göstərir ki, qeyri-kafi omeqa-3 istifadəsi ekzema və sədəf kimi xəstəliklərə yol aça bilər. Omega-3 ürək atar damarlarınızı təmiz tutaraq qan dövranını yaxşılaşdırır. Dəri sağlamlığınız üçün qan dövranı əhəmiyyətlidir. Sink, akne meydana gəlməsində əhəmiyyətli rol oynayan sebum ilə döyüşərək dərinizi təmiz tutar. Əlavə olaraq sink yeni hüceyrələrin meydana gəlməsində və ölü hüceyrələrin atılmasında böyük rol oynayır. Nəticə olaraq sizə daha parlaq və cazibədar bir dəri təmin edir.
Qəhvə və çay.
Gündə bir stəkan qəhvə içərək dəri xərçənginə tutulma riskinizi azalda bilərsiniz. 93.000 qadının iştirak etdiyi layihənin nəticələrinə görə gündə 1 stəkan qəhvə içən insanlarda dəri xərçəngi riski yüzdə 15 nisbətində azalır. Əslində nə qədər çox içsəniz (gündə 5 stəkana qədər) risk o qədər azalır. Kafein başlıq olaraq prekanseröz və zərərli şüalara məruz qalan dəri hüceyrələrinin, ehtiyacı olan zülalları almalarını maneə törədərək öldürür.
Dərinizə yaxşı təsir göstərərən qidalar
Sitrus bitkiləri.
C vitamini dəriyə qulluq kremlərinin güclü maddəsidir. Bu vitamin dərinin təməl quruluşunu meydana gətirən kolajen maddəsinin çıxarmasına kömək edir. 30 yaşından sonra kolajenlərin yandırılması sürətlənər və dəriniz sallanmağa başlar. Portağal, qreypfrut kimi meyvələr ilə əlavə c vitamini alaraq dərinizi sıxlaştırıb qırışıqların önünə keçə bilərsiniz. C vitaminin ehtiva etdiyi antioksidantların köməyi ilə iltihablanmanın önünə keçərək üzünüzü gənc tutmağa kömək edər.
Soya südü
Soya südü tərkibindəki izoflavon ilə dərinizdəki kolajenlərin mühafizə edilməsinə köməkçi olur. 2012-ci ildə nümayiş olunan bir işdə ultrabənövşəyi radiasiyaya təbii tutulan insanlardan soya südü çəkənlərin dərilərində daha az qırışıqlıq meydana gəldiyi görülmüşdür. Araşdırmacılar izoflavonun, kolajenin bədəndə tutulmasına köməkçi olaraq dərinin sağlam və gənc qalmasını təmin etdiyinin şahidi olmuşlar.
Dərinizə yaxşı təsir göstərərən qidalar
Qırmızı meyvələr.
Dəriniz bədəninizdəki ən böyük orqanizimdi. Dərinizə diqqət göstərərkən xüsusilə pomidor və kök kimi qırmızı mənşəli rənglərə sahib meyvə və tərəvəzlər istifadə etməlisiniz. Bu cür qidalar karoten anbarıdır. Bədəniniz bu cür karoteni A vitamininə çevirər. A vitamini antioksidan vəzifəsi ilə hüceyrələri təzələyərək tez qocalmanın qarşısını alır. A vitamini həmdə neçə illərdir sızanaq müalicəsi üçün istifadə edilir.
Yaşıllar.
Yaşıl, yarpaqlı tərəvəzlər köhnə ölü hüceyrələri atar və təzələrinin meydana gəlməsini təmin edən A vitamini ilə zəngindir. Quruluğu yox edərək dərinizi gənc və canlı göstərər.
Dərinizə yaxşı təsir göstərərən qidalar
Qabıqlı çərəzlər.
Siyahıdakı bəzi digər qidalar kimi çərəzlər də, xüsusilədə badam, antioksidan baxımından olduqca güclüdür. E Vitamini dərinizi zərərli şüalardan qoruyaraq yaşlanmağın qabağın alır. Həm də dərini nəmli tutaraq daha gənc və canlı göstərir. E vitamini selenium ilə istifadə edilsə antioksidanların hünərləri daha çox ortaya çıxar. Ehtiva etdiyi böyük miqdarda selenium ilə kəsmik hazrlayın, dərinizi təzələyin. Badam, qoz və fıstıq, dəriniz üçün lazımlı omega-3 yağlı turşusunu içərisində saxlayar.
Tam taxıllar.
Tam taxıllı qidalar anamaddələri işlənməmiş halda istifadə ediləndir. Quru buğda, iltihablanmada əmələ gələn dəri hasarlarını düzəldən antioksidanlar daxildir. Buğda toxumu hüceyrələrin yağların işləməsinə köməkçi olan B vitaminini təmin edər. Bədəninizə kafi biotini verməzsəniz dəriniz quruyar və qabıq verər. Ümumiyyətlə tam taxıllı qidalar bədəninizə rəngini qaytararaq gözəlləşdirər.
Ardı var...
20 dekabr 2014
GO BACK