Qadin.NET / Qoltuq altı qaralması

Qoltuq altı qaralması

Qoltuq altı qaralması
Qoltuq altı qaralması niyə olur? Necə keçər?
Qoltuq altı bölgəsi həm kişilər, həm də qadınlar üçün tük baxımından bezdirici tük artan hissədir. Qoltuq altı tükləri yeniyetmə dövründən etibarən çıxmağa başlayar və həyatımızın hər dövründə bizimlə bərabər olmağa and içmiş kimi işlərinə davam edərlər. Pis qoxu və görünmə səbəbindən mütləq təmizlənməsi lazımdır. Epilyasiya bölgələri içərisində ən ağrıdıcı yer olduğu üçün qoltuq altı tüklərinə nifrət edərik. Qoltuq altlarını nizamlı olaraq təmizləsək də, qaralmalara fikir verməmişik. Bəzi dəri tiplərində bu qaralma görünməsə də, əksəriyyətdə qoltuq altı qaralmalar olur. Bu qaralma xanımlarda daha çox görülür.
Ölü hüceyrələrin yığılması olaraq adlandırılan bu qaralma şəkər olan adamlarda və artıq çəkiyə sahib olanlarda daha çox olur. Qaralmada ən böyük faktor spirtli dezodrantların birbaşa dəriyə vurulması, çox tərləmə və genetik səbəblərdir. 
Qoltuq altı qaralması üçün evdə sadə maskalar
Bir ədəd limon
Bir çay qaşığı sarıkök
Dörd çay qaşığı şəkər tozu
Hazırlanması:
Şəkər tozunu pudra halına gələnə qədər əzin və digər vasitələri əlavə edin. Qoltuq altınıza masaj edərək çəkin, 20 dəqiqə gözləyin və yuyun. Bir həftə bu maskadan istifadə etmək qoltuq altı qaralardan sizi xilas edəcəkdir.
Qoltuq altı qaralması
Vazelin
Alma
Limon suyu
Hazırlanması:
Bu vasitələrin hər birindən bir çay qaşığı lazımdır. Bu maskanı da digər maska kimi qoltuq altınıza masaj edərək çəkin, 20 dəqiqə saxlayıb yuyun.
2 noyabr 2014
GO BACK