Qadin.NET / Daban çatları (2)

Daban çatları (2)

 

Daban çatları (2)

Çatlamış dabanlar üçün ev üsulu maska

 1 st. süd

5 st. isti su

Uşaqlar üçün olan yağlar, zeytun yağı və ya şirin badam yağı

Süngər 

Corab

Ləyən 

Əvvəlcə ev üsulu pilinq hazırlayacağıq. 4 yemək qaşığı duz və ya şəkər tozunu yarım stəkan zeytun yağı və ya uşaqlar üçün olan yağla qarışdıraraq kənara qoyuruq.  Su ilə südü qarışdırın və ayaqlarınızı 5-10 dəqiqə ərzində bu qarışımda saxlayın. Ayaqlarınızı qurulayan kimi kənara qoyduğunuz qarışımı dairəvi hərəkətlərlə dabanlarınıza masaj edərək çəkin. Sonra isə süngər ilə dabalarınızı yaxşıca ovun. Sonra isə ilıq su ilə yuyun. Bu prosesi etdiyiniz gün yatmazdan əvvəl ayaqlarınızı yağla yenidən nəmləndirin. Kokos yağı ən uyğun yağdır, amma tapa bilməsəniz, vazelindən də istifadə edə bilərsiniz. Yağı vurandan sonra ayağınıza corab geyinin və bu corabları ən az 4 saat ayağınızsa saxlayın. 

Daban çatları (2)

   Daban üçün dərman 

4 ç.q vazelin

1.q kokos yağı 

1 ç.q zeytun yağı

1 desert qaşığı aloe yağı 

Vazelini hamam vannası üsulu ilə əridin və digər yağları da onun üzərinə əlavə edərək qarışdırın. Axşamlar yatmazdan öncə bu qarışımı dabanınıza çəkərək corab geyinin. 

Daban çatları (2)

Daban üçün krem  

1 fincan krem halında olan vazelin  

5 ədəd xırdalanmış aspirin

Yarım limon

Maddələri bir-birinə qarışdırın. Yarım dolça suya dəniz suyu əlavə edib ayaqlarınızı bu suda yarım saat saxlayın. Ayaqlarınızı quruladıqdan sonra hazırladığınız kremi ayağınıza, xüsusilə də dabanlarınıza çəkin.

4 iyun 2014
GO BACK