Qadin.NET / Əl və ayaqlara qulluq

Əl və ayaqlara qulluq

Gözəl bir gün yaşamaq üçün özünə qulluq mütləqdir. Gün ərzində ən çox əziyyət çəkən bölgələrimiz əllərimiz olur. Əllər quru olduqda və ya çatladıqda çox böyük narahatlıqlar verir. Eləcə də ayaqlar yorğun olduqda insanın gəzməyə belə halı olmur. Elə isə aşağıda yazılanlardan mütləq istifadə edin. Bunların elə ilk dəfə istifadəsindən sonra faydalarını görəcəksiniz.

Əl və ayaqlara qulluq

Sakitləşdirici vanna

2 litr qaynar su

5 ədəd dəfnə yarpağı

1 ç/q lavanda yağı

 1 ç/q melissa yağı 

Əvvəlcə suyu qaynadın və sonra dəfnə yarpaqlarını qaynar suya əlavə edin. Bir neçə dəqiqədən sonra isə yagları əlavə edib  qarışdırın. Əvvəlcə əllərinizi bu suda saxlayın, sonra isə istəsəniz ayaqlarınızı da bu suya qoya bilərsiniz. Əl və ayağınızı vanna etdikdən sonra masaj edərək vazelin vurun. Bu, ayaqların və əllərin yorğunluğunu aparacaq və onları qidalandıraraq yumşaq edəcək.

Əl və ayaqlara qulluq

Ev üsulu pilinq

1 x/q zeytun yağı

 1 x/q süd

1 ç/q  şəkər tozu

1  ç/q duz

 1 ç/q limon suyu

Bunları qarışdıraraq əlinizə və ayaqlarınıza çəkin. 5-10 dəqiqədən sonra isə ilıq su ilə yuyun. Bunu nəinki ayaq və əllərinizə, üzünüzə də çəkə bilərsiniz. Tərkibindəki duz və şəkər tozu üzdəki qara nöqtələrin öhdəsindən gəlməyə kömək olacaq. Şəkər tozu əl və ayaqlarınızın dərisinə parlaqlıq bəxş edəcək, zeytun yağı isə dərinizi nəmləndirəcəkdir. Limon suyunun cildinizin yağ nisbətini balanslaşdırmaqda böyük faydası olacaq. Amma quru dərisi olan xanımlar limon suyundan istifadə etməsə yaxşıdır.

Əl və ayaqlara qulluq

Əl və ayaq üçün maska

1 x/q yulaf unu

1  ç/q  qatıq

1  ç/q  badam yağı

 1 ç/q bal

 1 ç/q limon suyu

Bunları qarışdıraraq əl və ayaqlarınıza çəkin. 10-15 dəqiqədən sonra isə ilıq su ilə yuyun. Elə ilk istifadədən dərinizin yumşaldığını hiss edəcəksiniz.  Bu maska əl və ayaqdakı ölü dəriləri uzaqlaşdırar və əlinizdəki qəhvə rəngli ləkələr varsa onları təmizləyər. Bundan əlavə, bu maskanın gəncləşdirici xüsusiyyəti də var.

 

Əl kremi

1  x/q vazelin

1  x/q qliserin

1  ç/q limon yağı

1  ç/q buğda yağı

Bunları qarışdırarq əlinizə krem kimi çəkin. Kremin tərkibindəki limon dırnaqların öz təbii rənginin qoruyub saxlanmasında və ya geri qaytarılmasında çox faydalıdır. Ona görə də bu kremi dırnaqlarınız boyasız olduqda vurun. Kremi gün ərzində istənilən qədər vura bilərsiniz. Amma sistemli şəkildə istifadə etmək istəyirsinizsə, o zaman gündə iki dəfə vurun. Axşam yatanda isə mütləq əlinizə bu kremdən çəkin. Bu kremi eləcə də diz, dirsək və ayaqlarınız üçün də istifadə edə bilərsiniz. Dərinizi yumşaldacaq və əvvəlki halına qovuşmaqda sizə çox böyük köməklik edəcəkdir. 

21 may 2014
GO BACK