Qadin.NET / Sağlam dəri üçün maskalar

Sağlam dəri üçün maskalar

Sağlam dəri üçün maskalar

Bir çox insanın nə işə yaradığını bilmədiyi at şabalıdının bədən üçün möcüzəvi faydaları var. Xüsusilə qıçlarda olan varikozların aradan qaldırılmasında təsirlidir. Bundan başqa at şabalıdının yaxşı bir ağrıkəsici və hüceyrə yeniləmə xüsusiyyəti olduğu bilinir. At şabalıdı reseptini siz də evinizdə rahatlıqla hazırlaya bilərsiniz.
Vəsaitlər:
At şabalıdı
Təmiz zeytun yağı
Hazırlanması:
Bir blender qabının dörddə birinə at şabalıdı, yerdə qalanına da təmiz zeytun yağını əlavə edin və blenderdən keçirin. Əldə etdiyiniz qarışığı bir qabın içinə qoyun və qara bir paketlə örtün. Evinizin ən günəşli yerinə qoyun və iyirmi gün orada saxlayın. İyirmi gündən sonra qabın içindəki qarışığı ələkdən keçirin və artıqları atın. Əldə etdiyiniz yağı varikozlara, bədəninizin ağrıyan yerlərinə və ya hüceyrə yeniləyici olaraq dərinizə tətbiq edin.
Bədən kremi necə hazırlanır?
Dərimizin nəmə ən çox ehtiyac duyduğu mövsümdəyik. Soyuqdan quruyan, bəzən çatlayan dərimizi nəmləndirmək üçün praktik bir bədən kremi hazırlayaq.
Üstəlik kremin tərkibində istifadə olunan qarağat sərbəst radikallara qarşı döyüşərək dərinin yaşlanmasını önləyir. Kokos və şi yağları isə dərini nəmə doydurur və bəsləyir.
Sağlam dəri üçün maskalar
Vəsaitlər:
1 yemək qaşığı şi ağacı yağı
1 yemək qaşığı dondurulmuş quşüzümü
1 damla portağal yağı (siz başqa bir yağ da istifadə edə bilərsiniz)
1 şirin çay qaşığı kokos yağı
Hazırlanması:
- Geniş bir qaba kokos yağı və şi yağını qoyun. Təxminən 5 dəqiqə ərzində, mikserin köməyi ilə yağları yaxşıca qarışdırın.
- Dondurulmuş yabanı mərsinləri çox kiçik dənələr halına gələnə qədər blenderdən keçirin.
- Daha sonra kokos və şi yağlarının olduğu qaba yabanı mərsinləri əlavə edin.
- Bir az da qarışdırdıqdan sonra hazırladığınız qarışığı bir süzgəcdən keçirin. Bu, kreminizi içində yabanı mərsin dənələrinin olmamasını təmin edəcək.
- Son olaraq portağal yağınızı bu qarışığa əlavə edin və bir dəfə daha qarışdırın.
- Hazırladığınız kremi təmiz bir qaba qoyun və soyuducuda saxlayın. Kremdən təxminən 1 həftə boyu istifadə edə bilərsiniz.

20 yanvar 2014
GO BACK