Qadin.NET / Dəriyə necə qulluq etməli

Dəriyə necə qulluq etməli

   Dəriyə necə qulluq etməli

     Dəriyə qulluq etmək onun zahiri görkəmini saxlamaq üçün deyil, həm də bədənin ümumi sağlamlığını qorumaq baxımından faydalıdır. Dərinin sağlam qalması üçün dar paltar geyinməkdən çəkinmək lazımdır.
     Hamamdan sonra bədəni möhkəm qurulamaq və qətfə ilə sürtmək lazımdır. Bununla dərinin qocalmaının qarşısı alınır. Qan dövranının fəaliyyəti yaxşılaşır.
Üzdə olan əzginlik, yorğunluğu aradan götürmək üçün xörək qaşığının yarısı qədər razyana toxumunu narın şəkildə döyüb toz halına salır, sonra onu bir qaba yığıb üzıərinə qaynar su tökülür.Üzü onun buxarına verirlər.Buxar üzə yaxşı təsir etsin deyə üzün ətrafını dəsmalla tuturlar.
     Üz dərisinin təravətli və cavan qalması üçün 2 qaşıq balı 1 qaşıq zeytun yağı ilə qatıb üzə yaxır və bir müddət saxlayırlar.
     Üzünüzü yuduqdan sonra badam yağı sürtün, bu dərini yumşaldır.
                                                   Dəriyə necə qulluq etməli

     Kök şirəsi də dərini möhkəmləndirir,qırışmanın qarşısını alır. Dərinin təravətini qorumaq üçün xiyar və kahı şirəsindən istifadə etmək olar.

     Dərini yumşaq saxlamaq üçün aşağıdakı vasitələrdən istifadə etmək olar:  
50q üzüm şirəsi, 100q şirin badam yağı və 50q mumu bir-birinə qatıb saxlayır, hər dəfə lazım olduqda isidib, üzə yaxmaq lazımdır.
     Çiyələyi əzib məhlul düzəldib üzün qırışmasının arşısını almaq olar. Bu məhlul belə hazırlanır:   Bir qədər çiyələyi əzib şirəsini çıxarıb və süzgəcdən keçirirlər. Yumurta ağını təklikdə yaxşıca çalıb duruldub, bunları bir-birinə qatırlar. Sonra bu məhlula 20 damcı gülab töküb bir daha qarışdırırlar. Həmin məhlulu pambığa hopdurub üzə sürtüb və 1 saat axlayırlar.

Dəriyə necə qulluq etməli

     Dərisi yağlı olanlar təzə limonu sıxıb həmin məhlulu pambığa hopdurub dərilərini onunla sürtsələr dərinin yağlılığı azalar. Dərini sürtdükdən sonra onu silmək olmaz. Dəri havada öz-özünə qurumalıdır.
     Üz dərisinin yumşaqlığı üçün 50q nazik, qabığı soyulmuş şirin badamı həvəngdəstdə narın halda döyür və litrin dörddə biri qədər (250q)  xiyar suyu ona qatılır. Sonra onu parçadan keçirib süzürük, azacıq gülab əlavə edib üzü onunla yuyurlar.

 Əlinizin dərisinin yumşaq və ağ qalması üçün kartofu əzib xəmir şəklinə salır, sonra ona bir qədər süd və azca gülab qataraq əllərinizə sürtürsünüz.

Hər zaman baxımlı  olun! 

19 may 2013
GO BACK