Həyatınızın ən əhəmiyyətli günü olan toy gününüzdə qüsursuz olmaq və fiziki gözəlliyiniz ilə fərq yaratmaq istəyirsinizsə mütləq aşağıdakı xüsusi tövsiyyələrə nəzər salmalısınız. Toyunuza gələn bütün qonaqların diqqətlərini üzərinizə çəkmək niyyətindəsinizsə, aşağıdakı məsləhətləri nəzərə almalısınız.
Fərqli, həyəcanlı və tam fərqli bir həyata atılacaqsız! Bir neçə ay əvvəldən nadir gözəlliyinizi vurğulamaq, qüsursuz görünmək və bir şahzadə kimi olmaq üçün hazırlıqlara başlayırsınız. Gəlinliyiniz, onu tamamlayan ayaqqabılarınız, saçınız və makiyajınız kimi hər detalı düşünüb qərar verirsiniz. Bir çox adamın əhəmiyyət vermədiyi əl və ayaq baxımınız üçü nələr edirsiniz? Bir gəlin toyda mükəmməl olmalıdır, çünki bütün gözlər onun üzərində olur. Buna görə də əl və ayaq baxımınıza da lazım olan əhəmiyyəti verməlisiniz. Toy qabağı əl və ayaq baxımınız üçün sizlərə xatırlatmaq istədiyimiz bir neçə təklif var!
Əgər nəzakətli əllərinizdə və ayaqlarınızda quruluq problemi yaşayırsınızsa şi və arqan yağı tərkibli nəmləndirici kremləri istifadə edə bilərsiniz. Əllərinizi və ayaqlarınızı həddindən artıq isti və ya həddindən artıq soyuq suyla yumamağa diqqət yetirməlisiniz. Xüsusilə, əllərinizin kimyəvi (yuyucular vs.) məhsullarla təmas etməməsinə diqqət etməlisiniz.
Bəlkə də bir çox qadının bilmədiyi, bilsə belə tətbiqə gərək görmədiyi dırnaq qoruyucuları, dırnaqların qorunmasına çox köməkçi olur. Xüsusilə də dırnaqlarınıza davamlı boya çəkirsinizsə dırnaq qoruyucusu şərtdir. Toy günü də istifadə edəcəyiniz dırnaq boyasının dırnaqlarınızda sağlam bir şəkildə parlamasını istəyirsinizsə, bir an əvvəl dırnaq qoruyucusu istifadə etməyə başlamağınızı tövsiyə edirik.
Dəri baxımınızı mütəmadi etməlisiniz. Əl və ayaqlarınıza da xüsusi vaxt ayırmanın zamanı gəldi! Toyunuzda onların da qüsursuz görünməsi lazımdır. Toydan əvvəl əllərinizə və ayaqlarınıza pilinq edərək əyriliklərindən təmizləyib, daha yumşaq və baxımlı olmalarını təmin edə bilərsiniz.
Həftədə bir dəfə duş zamanı dabanlarınızı daban daşıyla təmizləyə bilərsiniz. Beləcə ayaqlarınız ölü dərilərdən və sərtliklərdən xilas olub, yumşaq və hamar olacaq. Ancaq unutmamanız lazım olan ən əhəmiyyətli məqam- bundan sonra ayaqlarınızı nəmləndirməkdir.
Əziz xanımlar, bu baxımlar təkcə toyqabağı tədbir və ya sadəcə toy günü gözəl görünmək üçün lazım deyil. Eyni zamanda hər bir xanım özünə, əl-ayaq baxımına sağlamlığı üçün diqqət etməlidir. Fürsət düşdükcə çalışın gözəlliyinizə və sağlamlığınıza diqqət edəsiniz.