Qadin.NET / Burun və qulaqlara qulluq

Burun və qulaqlara qulluq

 

Burun  və  qulaqlara qulluq

 

Burnun selikli qişasının qıcıqlanması da istehsalat amillərinin mənfi təsiri nəticəsində əmələ gəlir. Burnun selikli qişasının toz və ya onun tərkibində  olan maddələrlə, qazlarla və buxarlarla qıcıqlanması, həmçinin uzun müddət yüksək temperaturlarda olması onun qurumasına səbəb ola bilər.

Belə hallarda burnu çobanyastığı və gülümbahar çiçəklərinin dəmlənməsi ( 1 st suya 1 çay qaşığı ot qarışığı ) ilə yumaq yaxşı təsir edir.Burun dərman otlarının dəmləməsində isladılmış pambıq tamponu ilə təmizlənir.

Əgər burnun selikli qişası çox quruyursa, burnu cökə çiçəyi ya da bəlğəmotu dəmləməsi ilə yuyurlar. Çox quruyan yerlərə gülümbahar məlhəmi çəkilir.

Əgər bu sadə tədbirlər kömək eləmirsə, həkim-otolarinqoloqa müraciət etmək lazımdır.

Sifətin ən xoşagəlməz xüsusiyyəti burnun qızarmasıdır. Bunun səbəbi müxtəlifdir, məsələn, qan dövranının kəsirliyi, qanazlığı, hormonal pozğunluqlar, nevroz, donma, mədə-bağırsaq yolunun xəstəlikləri və həmçinin kimyəvi maddələrin, ətraf mühitin zərərli təsiri ya da çəhrayı civzə xəstəliyidir.

Burun  və  qulaqlara qulluq

Burnun qırmızılığı uzun müddət keçməzsə, əsas səbəbini müəyyən etmək və müalicəyə başlamaq üçün həkimə müraciət etmək lazımdır, ancaq bundan sonra ev şəraitində ya da kosmetik şəraitdə müalicəni davam etdirmək olar. Profilaktika məqsədilə kəskin temperatur dəyişkənliklərindən, çox isti xörəklərdən və içkidən, tünd çay və qəhvədən çəkinmək lazımdır. Yüngül pəhriz saxlamaq, heyvani yağları və tünd ədviyyatları azaltmaq tövsiyə olunur.

Burnun donmasının qarşısını almaq üçün şaxtalı havada nazik təbəqə ilə yağlı krem və kirşan  çəkmək, sonra da arabir ovuşdurmaq lazımdır ki, dərinin qan dövranı yaxşılaşsın. Donma təhlükəsi yaranarsa (məsələn şaxtalı havada burun ağarır), əvvəlcə onu çəhrayı rəng alınca soyuq su ilə ovuşdurun, ancaq bundan sonra bir neçə dəfə gah soyuq, gah da isti su ilə kompres qoyub buruna ya balıq yağı ya da krem çəkirlər.

Burun  və  qulaqlara qulluq

Yayda gündə qaralarkən günəş şüalarından qorunmaq üçün buruna krem çəkib kirşanlayırlar.

Qulaqlara qulluq hər gün qulaq seyvanının sabun və su ilə yuyulmasından ibarətdir. Bu ələlxüsus uzun müddət tozlu-torpaqlı binalarda

olduqda vacibdir. Qulaqları yuyarkən diqqət yetirmək lazımdır ki, sabun qulağın içinə keçməsin, belə ki qulağa çox sabun girərsə, eşitmə yolunda bərk tıxac yarana bilər, bunu da ancaq həkimin yardımı ilə çıxarmaq olar.

Burun  və  qulaqlara qulluq
 

Qulaqları yuyarkən onları iki barmaqla (böyük və şəhadət) yüngül massaj edin, sonra isə şəhadət və orta barmağı aralayıb qulağın ətrafındakı dərini massaj edin.

Soyuq olanda qulaqları örtmək lazımdır, əgər hər halda onlar açıq qalırsa, nazik layla krem çəkib qızaranacan ovuşdurmaq, sonra azca kirşanlamaq olar.

Qulaqlarda ağrı olmasına yüngül yanaşmaq (xüsusilə iltihabi xəstəliklərdə və qrip zamanı) və evdə türkəçarə ilə müalicə olunmaq olmaz.

Belə hallarda həkimə müraciət etmək lazımdır. Qulaq xəstəliklərinə məhəl qoyulmaması yarıkarlıqdan tutmuş tam kar olmağa qədər xoşagəlməz halların əmələ gəlmə təhlükəsini törədir.

Burun  və  qulaqlara qulluq

Küyün səviyyəsi 80 desibeldən yüksək olan çox səs-küylü otaqlarda işləmək nəticəsində də eşitmə qabiliyyəti pozula bilər. Müqayisə üçün deyə bilərik: maşının işləyən motorunun səsi 70-85 desibeldir.

Odur ki 80 desibelə yaxın küy səviyyəsində səsdən qorunmaq üçün qulaqcıqlar taxmaq lazımdır.

21 aprel 2013
GO BACK