Sellülit nədən yaranır? Sellülit başqa sözlə, "portağal qabığı" piy toxumalarının yığılmasının nəticəsidir. Oturaq həyat, düzgün qidalanmamaq bunun yaranmasına səbəb olur; piy hüceyrələri böyüyür, dəri elastikliyini itirir, rəngi solğunlaşır.
Lakin sellülitlə mübarizə aparmaq mümkündür. Bunun üçün hər gün, yaxud da bir gündən bir sellülit əleyhinə massaj edin.
Problemli zonalara antisellülit vasitəsi çəkin. Sellülit əleyhinə əlcək geyib problemli hissələri 5-10 dəqiqə massaj edin.
Digər bir variant ev şəraitində "bürünmə"dir. Aşağıdakılardan birini seçə bilərsiniz.
1. Mavi gillə "bürünmə" - isti suda gili həll edib problemli hissələrə çəkin, sonra yuyun. Bura siz həmçinin efir yağları da əlavə edə bilərsiniz.

2. Yaşıl çayla "bürünmə" - bir neçə xörək qaşığı yaşıl çayı qaynar suda dəmləyin, qarışdırın. Ora limon, rozmarin və cirə efir yağları əlavə edin və problemli zonalara çəkin, üzərindən sellofan ilə bağlayıb reytuz geyinin. 1 saat sonra yuyunun.
3. Yağlı "bürünmə" - portağal, qreypfrut, limon, rozmarin efir yağlarını (hərəsindən 2 damcı) 15 damcı badam yağı ilə qarışdırın, massaj hərəkətləri ilə problemli yerlərə çəkin, üstündən sellofan bağlayıb dizlik geyinin. 1 saat sonra yuyunun.

4. Daha effektli bürünmə - hər gün belə bir tərkib hazırlaya bilərsiniz. Bunun üçün sizə lazımdır:
- 2 damcı qreypfrut efir yağı
- 2 damcı portağal efir yağı
- 2 damcı rozmarin efir yağı
- 2 xörək qaşığı zeytun yağı
- 2 xörək qaşığı zeytun yağı
Bu yağları qarışdırın, problemli yerlərə massaj hərəkətləri ilə çəkin, plyonka ilə sıx bağlayıb üzərindən isti reytuz geyinin. 1 saat saxladıqdan sonra yuyun. Nəticə bir həftədən sonra sizi sevindirəcək.
Bürünmələri həftədə 3 dəfə edə bilərsiniz.
Düzgün qidalanma, idman hərəkətləri və bu bürünmələr tez bir zamanda sizə sellülitdən azad olmağa imkan verəcək.