Qadin.NET / Qulluq ayaqlardan başlamalıdır

Qulluq ayaqlardan başlamalıdır

Qulluq ayaqlardan başlamalıdır

Quru dərili ayaqlar:

  1 çay qaşığı vazelini bir ədəd limonun suyu ilə qarışdırın. Sonra bu qarışığı ayağınızın dərisi qurumuş hissələrinə sürtün. Qarışığın dəri səthinə nüfuz etməsini gözləyin. Bu maskanı hər gün istifadə etmək tövsiyə olunur.

 

Qulluq ayaqlardan başlamalıdır

 

6-8 ədəd çiyələyi əzərək içinə 2 çay qaşığı zeytun yağı, 1 çay qaşığı duz əlavə edərək qarışdırın. Bu qarışığı ayaqlarınıza masaj edərək sürtün. 10-15 dəqiqə gözləyəndən sonra ayaqlarınızı soyuq su ilə yuyun.
Şiş ayaqlar:

1 litr suda iki ovuc çobanyastığı və 1 ədəd limonun suyunu qarışdırın. Bu qarışığı qaynatdıqdan sonra soyumasını gözləyin. Şiş ayaqlarınıza sürdtüyünüz zaman ayaqlarınızın rahatladığınızı hiss edəcəksiniz.

 

Qulluq ayaqlardan başlamalıdır


Ağrıyan ayaqlar:

 

5 yemək qaşığı qədər küncüt yağı ilə 4 damcı qərənfil yağını qarışdırın. Ayaqlarınızı masaj edərək sürtün. Bu qarışığı bir qab içərisində saxlayaraq davamlı olaraq istifadə edə bilərsiniz.

30 may 2016
GO BACK