Qadin.NET / Qoltuq altı qaralmalarından qurtulun

Qoltuq altı qaralmalarından qurtulun

 Qoltuq altı qaralmalarından qurtulun 

Xüsusilə yay aylarında qısa qollu köynəklər geyməyə başlayanda, ya da çimərliklərdə günəş vannası qəbul edərkən, qaralmış qoltuq altımız özümüzü narahat hiss etməyimizə səbəb olur. 

Qışda göz önündə olmadığı üçün qoltuq altı bölgəsi ümumiyyətlə fikir vermirik. Ancaq yay gələndə bu səhlənkarlığımız ucbatından başımız ağrayır. İstifadə etdiyimiz dezodorantlardan baxım məhsullarına qədər bir çox şeyin səbəb ola bildiyi qoltuq altı qaralmaları bir anda dəhşətə çevrilir. Əslində alınacaq bir neçə kiçik tədbirlə bu problemin öhdəsindən gəlmək mümkündür. 

Qoltuq altı problemiylə mübarizə aparmağın və özünüzü daha rahat hiss etməyinizin yolları... 

 Qoltuq altı qaralmalarından qurtulun

Az tərləyin 

Qoltuq altı qaralmaların ən əhəmiyyətli səbəblərindən biri tərləmədir. İstər  yay  olsun, istərsə də qış, bədəninizin tərləməyə meylli olan bu bölgəsinin nəfəs almasına maneə törədən paltarlar geyməməlisiniz. Mümkün olduğunca boş və tərkibində pambıq  nisbəti yüksək olan paltarlar seçməyə çalışın.

Dezodorantdan istifadə etməyin 

Dezodorantların tərkibində olan bəzi kimyəvi maddələr dərinizə mənfi təsir göstərə bilər. Buna görə də dezodorant yerinə pudradan istifadə etməyi sınaqdan keçirin. Qoltuq altına incə bir təbəqə şəklində çəkmək kifayətdir.  

Qoltuq altı qaralmalarından qurtulun 

Təri önləyən dezodorantları seçməyin 

Təri önləyən, yəni anti-perspirant dezodorantlar da qol altı qaralmalarına səbəb ola bilir. Bunların əvəzinə anti-bakterial pudraları seçə bilərsiniz. 

Ülgüc yerinə yapışqan 

Qoltuqdakı tüklərdən xilas olmaq üçün sürətli və asan bir üsul olduğu üçün ülgüc seçilir. Ancaq qol altınıza davamlı ülgüc çəkmək zaman keçdikcə qaşınmalara və qaralmaya səbəb ola bilir. Başqa sözlə, burada olan tüklərdən xilas olmaq üçün yapışqan seçməyiniz daha doğru olacaqdır. 

Limondan istifadə edin 

Qoltuq altınız üçün limondan faydalana bilərsiniz. Hər gün duşdan sonra bir dilim limonu qoltuq altına sürtün. Bir az gözlədikdən sonra ilıq suyla durulanın. Bu üsul dərinizi ölü dərilərdən təmizləyib, qaralmalardan da xilas edəcək. 

Maskadan istifadə edin 

Limon suyu, süd tozu və balı məcun konsistensiyasına gələcək şəkildə qarışdırın. Bu qarışığı qoltuq altınıza çəkin və 15 dəqiqə saxlayın. Daha sonra ilıq suyla qoltuq altınızı durulayın. Bu maskanı nizamlı olaraq bir neçə həftə tətbiq etsəniz, qaraltının azaldığını və zamanla itdiyini görəcəksiniz.

 

2 aprel 2013
GO BACK