Qış aylarında artan dəri quruluğu şikayətlərinə sadə üsullarla son qoya bilərsiniz. Hər yaş qrupundan qadınlarda, hətta bəzən uşaqlarda belə görülən dəri quruluğuna praktik həllərlə vida edin.
1. Soyuq hava dəri quruluğuna səbəb olan ən böyük faktordur. Soyuq havalarda soyuqdan ən çox təsirlənən əllərinizdir. Buna görə belə havalarda əllərinizi soyuqdan qorumanız lazımdır. Bunun üçün ən sadə tədbir əlcəkdən istifadə etməkdir.
2. Xüsusilə qış aylarında duş qəbul edərkən, suyun altında çox qalmaq dərinizin qurumasına səbəb olar. Duş müddətinizi azaltmağa çalışın.
3. Yenə duş əsnasında və gündəlik olaraq əl-üzünüzü yuyarkən nəm nisbəti yüksək olan, yəni yağlı olan sabunları seçin.
4. İş otağınızı və evinizi nəmləndirin. Çünki quru hava dəri quruluğuna səbəb olan digər faktordur.
5. Dar geyimlər geyinməkdən qaçının. Dar geyimlər dərinizin nəmini əmərək qurumasına səbəb olar.
6. Bəzi kimyəvi maddələr dərinizin qurumasına gətirib çıxarır. Buna görə gündəlik həyatda təmizlik üçün istifadə etdiyiniz kimyəvi tərkibli təmizləyicilərdən dərinizi qoruyun. Lazım olsa, təmizlik əlcəyindən istifadə edin.
7. Bəslənmənizə diqqət yetirin. Çoxlu su içməyə laqeyd yanaşmayın. Su bədənin, başqa sözlə də dərinin ən əhəmiyyətli nəm qaynağıdır.
8. Və ən əhəmiyyətlisi, dərinizə uyğun olan gündəlik nəmləndirici kremlərdən istifadə etməyə diqqət edin. Dərinizin daxildən olduğu qədər xaricdən də nəmləndirilməyə ehtiyacı vardır.