Qadin.NET / Evdə hazırlaya biləcəyiniz 2 əl kremi

Evdə hazırlaya biləcəyiniz 2 əl kremi

Badam və hindistan qozu yağı ilə əl kremi

Lazım olan ərzaqlar:

120 ml şirin badam yağı

60 ml hindistan qozu yağı

60 qr arı mumu

2 xörək qaşığı shea yağı

Bir qazana su qoyun və suyun içinə şüşə qab qoyun. Kasaya badam yağı, hindistan qozu yağı, bal mumu və shea yağı əlavə edin. Ərzaqların yaxşı qarışmasına icazə verin. Kremi bir qaba tökün və soyumağa qoyun.

Kakao yağı ilə əl kremi

Lazım olan ərzaqlar:

1 xörək qaşığı kakao yağı

1 orta portağal suyu

1 çay qaşığı zeytun yağı

1 çay qaşığı E vitamini yağı

Bir qazana su qoyun və suyun içinə şüşə qab yerləşdirin. Şüşə qaba portağal suyu, kakao yağı, E vitamini yağı və zeytun yağı əlavə edib qarışdırın. Ərzaqlar əriyənə qədər qaynadın. Qaynadıqdan sonra ocaqdan götürüb hazırladığınız kremi seçdiyiniz qaba tökün. Krem soyuduqdan sonra istifadəyə başlaya bilərsiniz.

28 avqust 2020
GO BACK