Qadin.NET / Karantin dövründə yorulmuş əllərə qulluq

Karantin dövründə yorulmuş əllərə qulluq

Əllər karatin dövründə həddindən artıq kimyəvi maddə və su ilə qarşılaşdırlar. Əllərdə yaranan çatlar immunitet sistemi üçün də risk yaradır. Pilinqlə əllərdəki ölü təbəqəni təmizləyək.

1 çay qaşığı qatıq

3-4 damla limon

1/2 çay qaşığı karbonat

1 çay qaşığı şəkər tozu

Bütün ərzaqları qarışdıraraq əllərinizi yaxşıca ovaraq masaj edin. 5 dəqiqə masaj etdikdən sonra isti su ilə yuyun.

Maskadan sonra
1/4 dilim avokado, 1 çay qaşığı zeytun yağı, 1 çay qaşığı bal, 3-4 damla limon. Bütün ərzaqları qarışdırın. Bu maskanı əllərin üstünə, biləyə çəkin. 10 dəqiqə gözləyin. Daha sonra isti su ilə əllərinizi yuyun. 

Sonra vazelin kimi yağlı kremlə masaj edin.

Əllərinizə edəcəyiniz masaj qan dövranı artırmaq üçün çox vacibdir. 

30 iyul 2020
GO BACK