Qadin.NET / Çəhrayı dabanlara sahib olmaq üçün...

Çəhrayı dabanlara sahib olmaq üçün...


Çəhrayı dabanlar, keçmişdə gözəllik rəmzi sayılırdı. Sizə həm dincəldən, həm də ayağınızdakı qurumuş dərini yumşaldacaq üsul təqdim edirik.

İsti su dolu vannaya 1 yemək qaşığı qaya duzu tökün, sıxılmış limonun qabıqlarını doğrayıb içinə atın. 4-5 damla çay ağacı yağı, 4-5 damla yasəmin yağı da əlavə edin. 20 dəqiqə ayaqlarınızı bu suyun içində saxlayın. 

Dəsmalla quruladıqdan sonra pilinq tətbiq edin. Yumşalmış ölü dəriləri təmizləyin. Peelinq üçün: 1 çay qaşığı qəhvə, 1 yemək qaşığı zeytun yağı, 1/2 limon suyu, 1 çay qaşığı soda, 1 çay qaşığı şəkər tozunu qarışdırın. Ayaqlarınızı pilinqlə ovun. Xüsusilə, dabanlarınızı və baş barmağınızı biraz daha çox ovun. Masajla birlikdə bu üsulu 10 dəqiqə ayaqlarınıza tətbiq edin. Ayaqlarınızı ilıq su ilə duruladıqdan sonra, vazelinlə masaj edin, kremi ayaqlarınıza yedizdirin. Üstünə pambıqla corab geyin, ən az 1 saat corabla qalın. Ayaqlarınızın yumşaldığını görəcəksiniz.





25 iyul 2020
GO BACK