Qadin.NET / Tər qoxusunun qarşısını necə almalı?

Tər qoxusunun qarşısını necə almalı?


Tər qoxusunun yaranma səbəbi
Bədən istiliyi, isti havalarda və ya stress, həyacan kimi halların təsiri ilə artır. Önbeyində yerləşən hipotalamus bədənə tərləmə əmri verir. Beləliklə, bədən istiliyini tənzimləyir. Normal şərtlər daxilində bu tər qoxusuz olur. Ancaq qoltuqaltı bölgələrdə olan bakteriyalar tər ilə qidalanaraq " tər qoxusuna" səbəb olur.

Tər qoxusunun qarşısını almaq üçün:


Sağlam qidalanın
Əgər qoltuq altı qoxudan şikayətlənirsinizsə, qidalanmağa diqqət edin. Soğan, sarımsaq, qəhvə və alkoqol, ədviyyatlı qidalardan uzaq olmalısınız. Siqaret də tər qoxusuna səbəb olur.

Qoltuqaltı təmizliyi

Tər qoxusunun qarşısını almaq üçün qoltuqaltı təmizliyinə diqqət etməlisiniz. Sabunla təmizləyin. Ətirli sabunlardan istifadə etməyin. Qoxunun qarşısını almaq üçün qoltuqaltını hər gün yumalısınız.
Tərlətməyən geyimlər
Bəzən parça növləri tərləməyə səbəb olur. Dar geyimlər, hava keçirməyən parçalardan uzaq olun. Rahat geyimlərə üstünlük verin.
13 iyun 2020
GO BACK