Əlimizdəki viruslarla döyüşərkən, əllərə qulluğu göz ardı edirik. Dəridəki quruluğu yox etmək üçün aşağıdakı üsulları yoxlayın.
Aloe vera geli
Aloe vera geli, dərinin nəmini təmin etmə gücünə sahibdir. Hazır satılan aloe vera gelləri və ya evinizdə böyütdüyünüz bitkidən geli götürərək istifadə edə bilərsiniz. Dərinizin quruyan yerinə incə təbəqə halında gel çəkin və 10 dəqiqə gözləyin. Sonra krem çəkib, masaj edərək dərinin nəmlənməsini təmin edin. İlk istifadə fərqihiss edəcəksiniz. Gün ərzində 2-3 dəfə təkrarlamağı unutmayın.
Təbii nəmləndirici gül suyu
Antioksindant və antibakterial xüsusiyyətə sahib olan gül suyu, ən təbii nəmləndiricilərdən biridir. Adətən üzümüzə tonik olaraq istifadə etsək də, əllərimiz üçün də faydalı nəticələr verə bilər. Əllərinizi təmizlədikdən sonra gül suyu ilə quruluğun qarşısını ala bilərsiniz. Əliniz təmiz olanda gündə 4 dəfə istifadə edə bilərsiniz.