Qadin.NET / Kürək ağrılarını azaldan 4 hərəkət

Kürək ağrılarını azaldan 4 hərəkət

 

1. Qurbağa duruşu

 

Kürək ağrılarını azaldan 4 hərəkət

Düz və bərk olmayan yerdə oturun. Dizlərinizi bükün və yerə uzanın. Ayaqlarınızı qaldırın və iki əlinizlə ayaqlarınızı tutaraq başınızı havaya qaldırın. Bu formada 30 saniyə qalmağa çalışın. Başlanğıc üçün çətin hərəkət olduğunu düşünə bilərsiniz, ancaq qurbağa hərəkəti kürək və bel əzələləri üçün olduqca faydalıdır. 

 

2. Yarım kəpənək duruşu

 

Kürək ağrılarını azaldan 4 hərəkət

Düz və bərk olmayan yerdə oturun. Ayaqlarınızı düz formada açın. Sol ayağınızı bükün və sağ ayağınızı açın. Qollarınızı iləri gətirin və sağ ayağınızın barmaq uclarına doğru uzanmağa çalışın. 30 saniyə bu formada qalmağa diqqət edin.

 

3. Üçbucaq 

 

Kürək ağrılarını azaldan 4 hərəkət

Ayaqlarınızı mümkün olduqca açın. Sol ayağınızı 90, sağ ayağınızı 45 dərəcə sağa çevirin. Əllərinizi yerə paralel olaraq çiyin bərabərliyinə gətirin. Sol qolunuzu iləri uzadın və yavaş formada sağ ayağınıza tərəf əyilin. Bu vaxt sol qolunuzu yuxarıda düz tutmağa çalışın. 5 dərin nəfəslə bu formada qalın.

 

4. Aşağı baxan it hərəkəti

 

Kürək ağrılarını azaldan 4 hərəkət

Ələrinizi yerə qoyaraq eyni ilə pişik kimi 4 ayağınızın üzərində dayanın. Ayaq barmaqlarınızı birləşdirin və budlarınızı yuxarı qaldırın. Boynunuzu rahatlaşdırmaq üçün əyin. Bu formada 3 dərin nəfəs alın.

24 fevral 2020
GO BACK