Qış aylarının gəlməsi ilə bədənin, saçların, üzün xüsusi qulluğa ehtiyacı var. Xüsusi qalın paltarların altında qalan dərini ölü hüceyrələrdən təmizləmək lazımdır. Bədəni ölü hüceyrələr təmizləmək üçün evdə pilinq hazırlaya bilərsiniz.
1. Hindistan qozlu pilinq
Kasada yarım su stəkanı toz şəkər, 3 yemək qaşığı dəniz duzu, yarım su stəkanı Hindistan qozu yağı, 1 yemək qaşığı badam yağı, 1 çay qaşığı lavanda yağı və 2 çay qaşığı E vitamini qarışdırın. Qarışımı məcun halına salıb bankada, günəş görməyən yerdə 3 aya qədər saxlaya bilərsiniz. Həftədə 1 dəfə istifadə edin.
2. Zeytun yağlı pilinq
Geniş kasada yarım su stəkanı zeytun yağı, 4 yemək qaşığı bal və yarım su stəkanı toz şəkəri qarışdırın. Qarışım məcun halını aldıqda günəş görməyən yerdə 3 ay saxlaya bilərsiniz. Hazırladığınız qarışımı soyuducuda saxlamayın. Həftədə bir dəfə istifadə edə biləcəyiniz bu pilinqi fərqli qoxulu yağlarla istifadə edə bilərsiniz.
3. Portağallı pilinq
Bir blenderin içinə yarım su stəkanı dəniz duzu, yarım su stəkanı zeytun yağı, 1-2 qalın dilim limon və 1-2 qalın dilim portağal əlavə edin və qarışdırın. Hazırladığınız qarışımı bankalara bölərək soyuducuda saxlaya bilərsiniz. Qısa müddət ərzində istifadə edin. Həftədə 1-2 dəfə istifadə edə bilərsiniz.