Gözəl bir gün yaşamaq üçün özünə qulluq mütləqdir. Gün ərzində ən çox əziyyət çəkən bölgələrimiz əllərimiz olur. Əllər quru olduqda və ya çatladıqda çox böyük narahatlıqlar verir. Eləcə də ayaqlar yorğun olduqda insanın gəzməyə belə halı olmur. Elə isə aşağıda yazılanlardan mütləq istifadə edin. Bunların elə ilk dəfə istifadəsindən sonra faydalarını görəcəksiniz.
Sakitləşdirici vanna
2 litr qaynar su
5 ədəd dəfnə yarpağı
1 ç/q lavanda yağı
1 ç/q melissa yağı
Əvvəlcə suyu qaynadın və sonra dəfnə yarpaqlarını qaynar suya əlavə edin. Bir neçə dəqiqədən sonra isə yagları əlavə edib qarışdırın. Əvvəlcə əllərinizi bu suda saxlayın, sonra isə istəsəniz ayaqlarınızı da bu suya qoya bilərsiniz. Əl və ayağınızı vanna etdikdən sonra masaj edərək vazelin vurun. Bu, ayaqların və əllərin yorğunluğunu aparacaq və onları qidalandıraraq yumşaq edəcək.
Ev üsulu pilinq
1 x/q zeytun yağı
1 x/q süd
1 ç/q şəkər tozu
1 ç/q duz
1 ç/q limon suyu
Bunları qarışdıraraq əlinizə və ayaqlarınıza çəkin. 5-10 dəqiqədən sonra isə ilıq su ilə yuyun. Bunu nəinki ayaq və əllərinizə, üzünüzə də çəkə bilərsiniz. Tərkibindəki duz və şəkər tozu üzdəki qara nöqtələrin öhdəsindən gəlməyə kömək olacaq. Şəkər tozu əl və ayaqlarınızın dərisinə parlaqlıq bəxş edəcək, zeytun yağı isə dərinizi nəmləndirəcəkdir. Limon suyunun cildinizin yağ nisbətini balanslaşdırmaqda böyük faydası olacaq. Amma quru dərisi olan xanımlar limon suyundan istifadə etməsə yaxşıdır.
Əl və ayaq üçün maska
1 x/q yulaf unu
1 ç/q qatıq
1 ç/q badam yağı
1 ç/q bal
1 ç/q limon suyu
Bunları qarışdıraraq əl və ayaqlarınıza çəkin. 10-15 dəqiqədən sonra isə ilıq su ilə yuyun. Elə ilk istifadədən dərinizin yumşaldığını hiss edəcəksiniz. Bu maska əl və ayaqdakı ölü dəriləri uzaqlaşdırar və əlinizdəki qəhvə rəngli ləkələr varsa onları təmizləyər. Bundan əlavə, bu maskanın gəncləşdirici xüsusiyyəti də var.
Əl kremi
1 x/q vazelin
1 x/q qliserin
1 ç/q limon yağı
1 ç/q buğda yağı
Bunları qarışdırarq əlinizə krem kimi çəkin. Kremin tərkibindəki limon dırnaqların öz təbii rənginin qoruyub saxlanmasında və ya geri qaytarılmasında çox faydalıdır. Ona görə də bu kremi dırnaqlarınız boyasız olduqda vurun. Kremi gün ərzində istənilən qədər vura bilərsiniz. Amma sistemli şəkildə istifadə etmək istəyirsinizsə, o zaman gündə iki dəfə vurun. Axşam yatanda isə mütləq əlinizə bu kremdən çəkin. Bu kremi eləcə də diz, dirsək və ayaqlarınız üçün də istifadə edə bilərsiniz. Dərinizi yumşaldacaq və əvvəlki halına qovuşmaqda sizə çox böyük köməklik edəcəkdir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Emrah yenə suallardan qaçdı
Yeni il gecəsi üçün makiyaj
Qozlu xarço şorbası
Müəllimlərin attestasiyası ləğv olunur
Təzyiq salan dərmanların qorxulu sirri açıldı
Qozlu tort (foto resept)
Qadın qol saatları
Yay üçün donlar
Game of Thrones obrazlarının saç düzümləri
Qonşudan gələn təhlükə
Dövlət Xidmətindən quş əti açıqlaması
DİQQƏT: Bu gecədən qadağalar ləğv ediləcək
Körpə ilə tətilə çıxmaq
Kiyev separatçılarla razılığa gəldi
Yeni ildə işıqsız qalmayacağıq
Cəbrayıl və Füzulisiz 27 il...
Azərbaycan dünyanın hərbiləşmiş ölkələri sırasında
İnsanlar yadplanetliyə ÇEVİRİLƏCƏK: orqanlar tamamilə dəyişəcək
Qaraciyər haqqında çox maraqlı 14 FAKT
Tünzalə Ağayeva formada qalmağının sirrini açıqladı
Azərbaycanın ən nəhəng köpüsü gələn il istifadəyə veriləcək
Dünyada 479 milyon qadın oxuma-yazma bilmir
Azərbaycanlı bəstəkar vəfat edib
Türkiyə prezidentinin köməkçisi: “Hərbçilərimiz ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Laçın rayonunun yeni giriş tablosu
İphone sevənlərə
Eser Yenenler evlənir -FOTO
Hava haqqında
Banklardakı pulumuz artdı
Əhval-ruhiyyəniz pis olduqda bunu oxuyun!
Aktrisanı yuxuya verib 200 minini oğurladılar
Masaj texnikaları (II hissə)
İşğaldan azad olunan Qubadlı şəhəri - VİDEO
İspanaqlı keks ( foto resept)
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu başa çatdı
Günün ulduz falı - 03.09.2013
Bakı nəqliyyatında onlarla insanın taleyi uşağa tapşırıldı
27 il Şuşasız...
Rusiyanın qələbəsi: sanksiyalar ləğv olunur
Meqan və Harri hər kəsi belə Təbrik etdi-FOTO
Pikassonun oğurlanmış əsəri tapıldı
Keçmişimizi və bu günümüzü gələcəyə çatdıran ən yaxşı bələdçilər
Rusiyalı aktyor dələduzların qurbanı oldu-FOTO
Təbii meyvə şirələri şəfa mənbəyidir
Oğlan üçün bezlər sonsuzluq yaradır?
Cinsi zəka nədir?
Mıhlama-Türk mətbəxi (foto resept)
Qarabağda PKK/YPG terrorçuları məhv edilir
3 günə 3 kiloqram arıqladan şaftalı pəhriz
- ŞƏRHLƏR