Meşə yaşılı və şaftalı rəngi
Günəş batərkən yaranan isti rəngləri toy salonunda yarada bilərsiniz. Narıncı və çəhrayı tonlardakı çiçəklər, buketiniz qış toyunda yaz havasını hiss etməyə səbəb olacaq. Masalardakı yaşıl rənglər isə toyu əvəzedilməz gözəlliyə bürüyəcək.
Qara və qızılı
Yeni il ərəfəsində evlənməyi planlaşdırırsınızsa, qara və qızılı rəng tonlarına üstünlük verə bilərsiniz. İki rəng bir-birini tamamlayacaq.
Tünd qırmızı və açıq çəhrayı
Tünd qırmızı və açıq çəhrayı rənglər toyda romantik ab-hava yaradacaq.
Qızıl sarısı
Bütün toy salonunu qızılı tonlarda dizayn edə bilərsiniz. Dəhlizdən çiçəyə qədər qızılı tonlarla isti mühit yarada bilərsiniz.
Ağ və yaşılın tünd tonu
Yaşılın tünd tonu, açıq hava canlılığı yaratmağa kömək edəcək. Bu rəngdəki donlar sadə və zərif görünəcək. Ağ rənglə birlikdə toyda rənglərin gözəl kombinasiyasını yarada bilərsiniz.