Gəlin paltarı geymək hər bir subay qızın arzusudur. Nişanlı qızlar toyqabağı təlaşa düşür, gəlinlik axtarışına çıxırlar. Bəziləriniz nişanlı olduğumu bilirsiniz. İnşallah, yayda toyum olacaq. Mən də geyimlərə qarşı çox həssasam. Hər gəlinliyi, hər gəlinlik saç düzümünü də bəyənmirəm. Sizlərə özümün bəyəndiyim bir neçə gəlinlik nümunəsini təqdim edirəm. Yəqin ki, siz də bəyənəcəksiniz.
Allah bütün subaylarımıza bu gözəl günü qismət eləsin!