Toy günü çantanızda hansı əşyalar olmalıdır?
İlk yardım çantası
Yanınızda olması vacib olan əşyaların arasında ilk yardım çantası yer tutur. Baş ağrısının qarşısını alan dərmanlar, yara bantları və başqa əşyalar köməyinizə çata bilər.
Makiyaj vasitələri
Gəlinlər adətən saçlarını və makiyajlarını səhər tezdən düzəltdikləri üçün axşam səhərki kimi görünmək problemə çevrilir. Yanınızda götürdüyünüz makiyaj vasitələri ilə makiyajınızı təzələyə bilərsiniz. Saçınızda yaranacaq dağınıqlığın qarşısını ala bilərsiniz. Bundan əlavə çantanızda diş ipi, sancaq kimi ləvazimatları da ehtiyat olaraq götürün.
Yanınızda olmalı digər əşyalar
Açıq saç düzümü seçmisinizsə, daraq, saç düzləşdirci ehtiyaca çevrilə bilər. Kiçik iynə-sap qutusunun da çantanızda olması məqsədə uyğundur. Ani problemlərlə qarşılaşa bilərsiniz. Hündürdaban ayaqqabı ayaqlarınızı yorduğu an, sadə ayaqqabıya keçmək üçün, çantanızda bir cüt ayaqqabı olması xeyrinizədir.
Yemək və içmək
Səhərdən axşama qədər davam edən müddət ərzində özünüzü unudub ac qala bilərsiniz. Aclıq hiss etdiyiniz anda çantanıza əvvəlcədən qoyduğunuz bir şüşə su və hazırladığınız xəfif sendvic sizə dəstək ola bilər.