Qadin.NET / Gəlin maskaları

Gəlin maskaları

 

Xanımlar öz toy günlərində gözəl görünmək istəyirlər.Bəzən üzdəki ləkələr buna mane olur. Mənim sizə təqdim edəcəyim maskalar üzdəki ləkələri yox edəcək. Bu maskalar toydan 1 ay və ya 2 həftə qabaq edilir.
Maska 1.
Tərkibi
1 qızılgül yarpaği
1 ç/q un
1 ç/q bal
1 ç/q xama 
1 ç/q konyak
1 yumurtanın sarısı
Hazırlanması
Qızılgülün ləçəkləri xırdalanır, üzərinə un, bal, yumurtanın sarısı, xama və konyak əlavə edilərək qarışdırılır. Hazır olan maskanı 1 saat saxlayırıq. Sonra üzə çəkir və 20-25 dəqiqə saxlayırıq. Üzü yuduqdan sonra nəmləndirici krem çəkilir.
Maska 2.
Tərkibi
çobanyastığı
Hazırlanması
Çobanyastığı dəmlənir və süzülür. Süzdükdən sonra qablara yığılıb soyuducuya qoyulur. Hər səhər iki dənəsini üzə çəkirik.
Mənim fikrimcə, Azərbaycanda çirkin xanım yoxdur, sadəcə, baxımsız xanım var. 
23 iyul 2011
GO BACK