Qadin.NET / Duvaq seçərkən...

Duvaq seçərkən...

Hər kəsin həyatında toy günü ən önəmli gündür. Təbii ki hər bir xanım həyatının ən önəmli günündə çox gözəl görünmək istər.Ən özəl gündə xoşbəxt və rahat olmaq hər bir xanımın ən böyük haqqıdır. Gəlinlik seçərkən ona uyğun da duvaq seçilməlidir. Duvaq seçərkən bəzi incəliklərə diqqət etmək lazımdır.
1. Duvağınızı üz formanıza, üz quruluşunuza görə seçin. 


2. Seçdiyiniz duvaq gəlinliyinizi tamamlamalıdır.Çox bəzəkli bir gəlinliyiniz varsa, sadə bir duvaq seçin. ikisi də çox bəzəkli olarsa boğucu olacak və özəlliklərini itirəcək. 


3. Duvağınıza qərar verərkən gəlinliyinizin yanınızda olmasına çalışın. 


4. Saç stiliniz də duvaq seçiminizdə önəmli bir rol oynuyur. Duvağınızı seçmədən öncə necə saç stilinizə qərar vermiş olmanız çox vacibdir. 


5. Duvaq seçiminizdə boyunuzda böyük rol oynuyur. Əgər boyunuz hündür deyilsə,uzun duvaqlardan uzaq durmanızda böyük fayda var.


6. Gəlinliyinizin və duvağınızın eyni rəngdə olmasına diqqət edin.


7. Ən vacibi  isə seçdiyiniz duvaq sizə rahat hərəkət etməyə imkan verməlidir.Əlinizə,qolunuza dolaşıb maneə yaratmamalıdır.

13 iyul 2011
GO BACK