Evlilik hazırlıqları edən 33 yaşındakı modeliyer Colleen Dejno, anasının qarderobunda onun nənəsinin 1910-cu ildə evlənərkən geyindiyi gəlinliyi saxladığını öyrəndi.
Bu gəlinliyi görüb bir şeylər etmək qərarına gələn Colleen, həm öz anasının 1973-cü ilə geyindiyi, həm də xalasının 1947-ci ilə geyindiyi gəlinliyini saxladığını öyrənir.
Bütün bu gəlinliklərlə bir şəkil çəkimi etmək istəyən gənc qadın ilk olaraq təxminən 100 yaşın üzərində olan ulu nənəsinin gəlinliyini geyinir.
Ardınan xalası tərəfindən saxlanılan nənəsinin 1947-ci ildə geyindiyi gəlinliyi geyinərək poza verdi.
Son olaraq isə öz anasının 1973-cü ildə atası ilə evlənərkən geyindiyi gəlikliklərlə şəkillər çəkdirdi.
Ailə albumunu qarışdıran gənc qız bu çəkimdə öz saç və makiyajını da ailəsindəki qadınların toy günlərində etdikləri ilə eyni etdi.
Ulu nənəsinin gəlinliyin geyinərək poz verən gənc qız, bu sayədə heç tanışma şansı olmadığı Mary ilə xüsusi bir bağlantı qurduğunu paylaşır.
Colleenin anası isə qızını həm öz gəlinliyi , həm də anası və öz nənəsinin gəlinliyində görməyin möhtəşəm olduğunu bildirir.
Colleen, qaynanasının gəlinliyini geyinərək onu da bu çəkimin bir parçası edir.
Ailəsindəki qadınların gəlinliklərini qürurla daşıyan Colleenin özü üçün seçdiyi gəlinliyin içində də mükəmməl görünür.
Xoşbəxt cütlük bütün bu şəkilləri iləridə uşaqlarına göstərmək üçün can atırlar.