Hər rəngin bir mənası olduğunu bilirdinizmi? Gəlin gülünü süçərkən bu mənaları göz qabağında tutmaq istəyə bilərsiniz.
Mavi
Təbii mavi güllər təbiətdə olduqca nadir tapılır. Dinclik və aydınlığı təmsil edən mavi güllər, insanı rahatladıb, sakitləşməyə dəvət edir. Bu səbəbdən xəstə dostlara aparmaq idealdır. Romantik əlaqələrdə yaxşı və pis gündə bağlılığın simvolu sayılır.
Qırmızı
Romantizimlə əlaqələndirilən qırmızı, toy və il dönümü kimi günlərdə sıxlıqla tərcih edilir. Təbii ki, buna ürəyin qırmızı olmasının da təsiri var. Qırmızı gəlin gülü eşq və arzunun simvoludur.
Sarı
Sarı, günəşin rəngi olduğu üçün sevinc və xoşbəxtliliyi çağırır. Romantik bir əladəqən çox dostluq ilə əlaqəli olduğu üçün xoşlandığınız birindən sarı gül gəlməsi yaxşıya işarə deyil. O biri yandan sarı, yeni başlanğıc mənasına gəlir. Sarı gəlin gülü tərcih edirsinizsə, sadəcə aşiq olduğunuz insanla deyil, həm də ən yaxın dostunuzla evlənirsiniz deməkdir.
Ağ
Təmizlik və sadəliyin simvolu ağ, gəlinlərin ən çox üstünlük verdiyi rəng olmuşdur. Bu rəngi digər bir mənasıda zəriflikdir. Məsumiyyət, alçaq gönüllülük və sədaqət mənasına gələn ağ rəng hələ də gəlinlər arasında istifadə edilməkdədir.
Çəhrayı
Çəhrayı, gənclik və nəzkətin simvoludur. Qırmızının yerinə daha yumşaq tonlar axtaranların ilk tərcihidir. Çəhrayı gəlin gülü isə əyləncə və qarşılıqlı minnətdarlığın simvoludur.
Yaşıl
Təbiətin rəngi olan yaşıl yeniləmə və yeni bir həyatın simvoludur. Eyni zamanda sağlamlıq və yaxşı bir gələcəyə işarədir. Yaşıl gəlin gülü isə evlənəcək cültlüklərin bir-birilərinə uyğunluğunu göstərir.
Bənövşəyi
Zərafətin rəngi bəmövşəyi, lüks və varlıqla əlaqədədir. Bənövşəyinin ən yumşaq tonu olan lavanda, feminənliyi təmsil edir. Bənövşəyi gəlin gülü isə qarşılıqlı heyranlığın simvoludur.
Narıncı
Yaşam həyəcanı və coşqusunu təmsil edən narıncı güllər yüksək enerjisindən yas tutan və pis hiss edənləri sevindirmək üçün verilə bilir. Hər otağa istilik və təbiii bir parlaqlıq qatar. Narıncı rəng gəlin gülü isə arzunu təmsil edir.