Qısa saçlı gəlin namizədisiniz? Toyunuzda sizi möcüzəvi gostərəcək gəlin saçları ilə tanış olaq.
Hər nə qədər Tv kanallarında, jurnallarda gəlinlər üçün edilən xəbərlər ancaq uzun saçlı xanımları görməyə öyrəşsək də, qısa saçlı xanımlar üçün də bir çox variant var. Toy günü üçün saç uzatma texnikalarına əlavə pul sərf etməyə ehtiyac yoxdur. Retro saç stilləriylə olduqca müasir və unikal şəxsiyyətinizi ortaya çıxara bilərsiniz.
Qısa saçlı qadınlara ən favorit olaraq saç modellərindən ilk sırada gələn Great Gatsby barmaq dalğalar, möhkəm buruq və tamamlayıcı olaraq saç aksesuarı. Bu görünüşü əldə etməyin yolları olduqca asandır. İnci aksesuarla, qırmızı dodaq boyası ilə tamamladığınızda tam 1920-ci illərdəki ab-havanı əks etdirir kimi olarsınız. Bu modernizə edilmiş stil olduqca möhtəşəmdir.
İçəriyə doğru qatlanaraq yığılmış qısa saçlar toy saçınız üçün möhtəşəm bir stil olar. Bu saç formasını hörüklə də etmək olar. Bu saç stilinə hər zaman qısa sac daha uyğundur. Gözəl bir parlaqlıq üçün başınızın hər iki tərəfinə xırda daşlı saç aksesuarları taxa bilərsiniz.
Müasir bir görünüş üçün arı şanını xatırladan bu toppuz stili mükəmməl bir seçimdir. Qabarıq bir saç modeli modaya hər zaman uyğun, müasir və zərif görünür. Bu saç modeli üzünüzün arxasında olduğundan sırğalarınızı göstərmək üçün sizə fürsət verir.
Qısa bir saça sahibsinizsə, bu saç modelini toy gününüzdə etdirə bilərsiniz. Hörüklər və ya buruqlar içə doğru qatlanaraq ortaya gözəl bir saç düzümü çıxardır. Əlavə olaraq saç lentlər və ya aksesuarları da bu saç stiliylə olduqca gözəl görünür.
Aşağı yan toppuz modelləri qısa saçlı qadınlar üçün yaxşı bir variantdır. Edəcəyiniz bir yan toppuz stili sizi toyunuzda zərif və rahat göstərər. Yenə saçınız arxada dayandığı üçün aksesuarlarınız ön planda görünər. Aşağı yan toppuzlarda fatalarda olduqca qəşəng görünür.
Toyunuzda saçlarınızı burmaq, geri yığmaq məcburiyyətində deyilsiniz. Saçınızı təbii buraxmaq və ya düz bir model etmək də bir variantdır. Əgər seçiminiz düz bir saç stilidirsə, saç lentləri, çiçəklər və ya aksesuarlarla da biraz dəyişik edə bilərsiniz.
Əgər həqiqətən modası heç vaxt keçməyən bir saç modeli istəyirsinizsə, buklelərdən imtina etməyin. Bir az daha çox zaman alsa da, bu saç stili sizi mükəmməl bir görünüşdə göstərər. Bu klassik saç modeliniz bütün uzunluqlardakı saçlar üçün yaxşı secimdir, amma qısa saçda olan görünüşü bir başqadır.